Müsahibə(interview) sözü latın və fransız dillərindən götürülüb,
mənası görüşmək, bir-birini görmək deməkdir. Müsahibə dedikdə sual soruşan və
cavab verən tərəflərin iştirak etdiyi xüsusi görüş nəzərdə tutulur. Suallara
cavab verən şəxs müsahib, soruşan şəxs isə müsahibəçi adlanır.
Müsahibənin təkcə işəgötürənin iş üçün
müraciət edən şəxsi tanımasından ötrü olduğunu düşünmək yanlış bir fikirdir.
Müsahibənin məqsədi hər iki tərəfin bir-birləri haqqında təəssüratlarının
yaranmasıdır. Müsahibəçinin sual verməkdə məqsədi işçinin şəxsi keyfiyyətləri,
bacarıq və qabiliyyətləri, gözləntiləri, dəyərləri və.s haqqında məlumat əldə
eməkdir.
Müsahibənin aşağıdakı formaları vardır:
1. Şəxsi
müsahibələr: Şəxsi müsahibələrə daxildir:
- İşçilərin seçilməsi
- Vəzifə yüksəlişi
- Pensiya və işçilərin istefası
2. Qiymətləndirmə
müsahibələri
Hər il keçirilən bu müsahibə işçilərin inkişafında
olan dəyişikliklərin qiymətləndirilməsi funksiyasını daşıyır. Müsahibə idarə rəisi
ilə tabeliyində olan şəxslər arasında olur. Bu zaman əsas olaraq işçilərin zəif
və güclü tərəfləri müəyyənləşdirilir.
3.
İnandırıcı müsahibələr
Bu müsahibələr müsahibin məhsul və ya xidmət
təklif edərkən inandırmaq bacarığını yoxlamaq üçündür. Satış nümayəndəsi məhsul
və ya xidməti satarkən onun alıcıların ehtiyaclarını qarşılayacağına
inandırmalı və onları razı salmalıdır.
4. Strukturlaşdırılmış müsahibələr
Strukturlaşdırılmış müsahibələr formal
prosedura uyğun olaraq aparılır. Bu zaman müsahibəçi əvvəlcədən müəyyənləşdirdiyi
sualları soruşur.
5. Strukturlaşmamış
müsahibələr
Bu müsahibə forması əvvəlcədən müəyyənləşdirilmir,
yəni aparılması sərbəst qaydada olur. Müsahibəçi və müsahibin maraqlarından
asılı olaraq bir mövzudan qısa zamanda digər mövzuya keçilir.
6. Məsləhətçi
müsahibələr
Müsahibə işçilərin yaxşı fəaliyyət göstərməməsi
və ya onları narahat edən səbəblərin müəyyənləşdirilməsi üçün aparılır. Şəxsi
problemlərin həll edilməsi məqsədini daşıyır.
7. İntizam
müsahibəsi
Bu müsahibə forması təşkilatın qaydalarını
və prosedurlarını pozan işçilər üçün keçirilir.
8. Stress müsahibələr
Bu müsahibə zamanı stressli bir situasiya
yaradılır və stress vəziyyətində müsahibin reksiyası müəyyənləşdirilir.
9. Qeyri-rəsmi
danışıq müsahibəsi
Bu müsahibədə
müsahiblə söhbət zamanı onun təbiəti və prioritetləri müəyyənləşdirilir. Müsahibədə
soruşulacaq suallar əvvəlcədən təyin olunmur.
10.
Standart və ya açıq müsahibə
Bu müsahibələrdə hər kəsə eyni suallar
verilir. Açıq müsahibənin üstünlüyü daha tez keçirilməsi, müqayisə və təhlil
aparılmasının daha asan olmasıdır.
11. Qapalı və ya sabit cavablı müsahibələr
Müsahibə zamanı müsahiblərə eyni suallar
soruşulur və onlara seçməsi üçün bir neçə cavab təklif olunur.
Çox sağolun. Sevərək izləyirik.
YanıtlaSilolduqca faydali informasiyalardir
YanıtlaSilÇox sağ olun Kərim bəy. Qələminizə qüvvət
YanıtlaSilÇox şey öyrəndim tşklər
YanıtlaSil