Reklamın nə olduğu haqqında yəqin ki, hər birinizin məlumatı var. Onun xidməti, məhsulu, biznesi tanıdan, insanlara müxtəlif kanallarla məlumat verən bir vasitə olduğunu da bilirsiniz. Gün ərzində internetdə, TV kanallarda, radioda, qəzet və jurnallarda onlarla reklama rast gəlirik. Lakin reklam haqqında bilməmiz gərkən daha önəmli bilgilər var.
İlk xoş təəssüratı yaradacaq ikinci bir şans heç zaman yoxdur. Uğurlu reklam o reklamlar hesab olunur ki, onlara ikinci dəfə də baxmaq istəyirsən. İlk baxışda diqqəti cəlb etməyən reklamlar uğursuz hesab olunur. Fəaliyyətə uyğun bir sloqan seçmək, yumor hissi, mesajın çatdırılma yolu, yadda qalacaq bir şəkil, lazımi informasiyaların daxil edilməsi uğurlu reklamın şərtlərindəndir.
Wolf Hot Sauce- acı sous firmasıdır.
Əl qurudan fen formasında bu mesaj daha aydın çatdırılır
Avstralita poçt xidmətinin reklam afişası
Sloqanı- Əgər həqiqətən də kiməsə toxunmaq istəyirsənsə, ona məktub göndər.
Mini Cooper avtomobil markasının reklamı
Avtomobilin kiçik ölçülü olması maraqlı bir yolla göstərilmişdir
Sehrli kub kimi də tanınan məşhur Kubik Rubik oyuncağının 25-ci il dönümünə həsr olunmuş afişa
Snikers şokoladı 50% daha artıq
"National Geographic" jurnalının uşaqlar üçün olan nəşri
WMF bıçaqları
Bergmann cənazə xidməti
Bir az daha yaxınlaşın
Effektiv reklam insanların sizin işlə və məhsulunuzla maraqlanmasına və onların sizə yönəlməsinə səbəb olacaq. Reklam məhsulla və ya işinizlə bağlı olmalı, sıxıcı və ya təntənəli olammalı, insanları düşündürəcək və yaddaşda qalacaq şəkildə tərtib olunmalıdır. Təqdim etdiyimiz afişalarda olduğu kimi çatdırmaq istədyiniz mesaja yumor da qatmalısınız ki, insanların üzündə gülüş yarada bilsin.
Çox maraqli paylaşimdir. Severek izleyirik.
YanıtlaSil