Ən sadə dildə desək,
biznes-plan rəhbərdir-
məqsədləri müəyyənləşdirən və onlara çatma yollarını müəyyən edən bir rəhbər. Biznes-planı
bacardıqca sadə hazırlamaq lazımdır. Çünki gəlcək işin necə davam edəcəyi ondan
asılıdır. Uzunluq və formallıqdan çəkinmək lazımdır. Belə biznes-planlar adətən
investorları və kommersiya kreditlərini özünə cəlb etmək istəyən kiçik bir
çoxluq tərfindən hazırlanır.
Əgər siz bir ideya və yerinə yetiriləcək
bir neçə tapşırığı vərəqə yazmısınızsa, bu o deməkdir ki, siz biznes-plan və ya ən azından onun əsas hissəsini
hazırlamısınız. Biznes-planın əsas mahiyyəti biznesinizin necə fəaliyyət göstərəcəyi
və necə uğur qazanacağı haqqındadır. Biznes-plan kağıza yazdığınız ideyadan sadəcə
bir az uzundur. Bəzən bir vərəqə belə yazmaq mümkündür.
İnformasiyanı
autsayderlər(Müəyyən səbəblərdən qrupa
daxil olmayan şəxlər) və ya komanda üzvləri ilə bölüşmək lazım olduqda biznes-plan
çap olunmuş sənədlər halında olmalıdır. Əks halda onları kompüterinizdə dinamik
sənədlər halında saxlaya bilərsiniz.
Əgər
rəsmi bir biznes-plana ehtiyac duyursunuzsa, bu zaman onun tərkibinə şirkətin
idarəetmə xülasəsi, şirkətin ümumi icmalı, istahsal ediləcək məhsullar və ya
göstəriləcək xidmətlər haqqında bəzi məlumatlar, marketinq planı, şirkəti idarə
edən şəxslər və onların rolları haqqında bəzi məlumatlar, maliyyə planı
haqqında detallar və digər lazımlı məqamlar daxil edilməlidir. Bunlar
biznes-planın hissələri və ya bölmələri adlanır.
Əfsus ki, bəzi insanlar biznes-planın yeni biznesə başlayanlar və ya
biznes kreditləri almaq istəyənlər üçün olduğunu düşünürlər. Lakin biznes-plan istənilən
halda biznes fəaliyyətini həyata keçirmək istəyən hər kəs üçün eyni dərəcədə
vacibdir.
Sevərək izlədiyimiz səhifələrdəndir.. Sükanı daima belə saxlayın. Müvəffəqiyyətlər arzulayırıq.
YanıtlaSil