Sualın cavabı əminliklə deyə bilərəm ki, “bəli”dir,
çünki şəkil çəkmək artıq hər kəsin bacardığı və əksər insanların gündəlik
etdiyi sadə bir işdir. Əgər şəkil çəkmək kimi bir marağınızdan pul qazanmaq istəyirsinizsə,
axtardığınızı tapmısınız.
2014-cü il yanvar ayında Karl Tomas tərəfindən yaradılan “miPic” sizlərə qaleriyanızda olan potensial satış
imkanına malik şəkillərinizdən pul qazanmağa imkan verir. Bu platforma vasitəsiylə
şəkilləri Twitter, Instagram,
Facebook kimi sosial şəbəkələrə yükləyərək qazanc əldə
edirsiniz. Əldə etdiyiniz vəsait “miPic” hesabınızda toplanır. Pulunuzu PayPal
hesabınıza da köçürə bilərsiniz. Qazancınız satılacaq şəklin ölçüsündən asılı
olaraq 2-7 avro arasında dəyişir. Başlamaq üçün proqramı telefonunuza yükləyin
və şəkillərinizi göndərin. Satış üçün şəkillərin kəmiyyəti deyil, keyfiyyəti önəmlidir.
Yeni yarandığı zaman “miPic” istifadəçiləri
özünə cəlb etmək, tanınmaq və Avropanın ən böyük mobil şəkil paylayıcısı olmaq
üçün geniş marketinq kompaniyasına başlamışdı. Hal-hazırda onun platforması
dünyanın 120-dən artıq ölkəsində istifadə olunur və 93 ölkədə proqramı(app)
yüklənmişdir.
“miPic” bildirir ki, ötən il mobil cihazlar
vasitəsiylə 800 milyard, gün ərzində “İnstagram” vasitəsiylə isə 60 milyon şəkil
paylaşılıb. Sizin çəkdiyiniz şəkillər müxtəlif formalarda(akril pəncərə, başmaq, telefon
örtüyü, çərçivə və.s) və ölçülərdə çap olunaraq satılır. Pul qazanmaq üçün
olduqca etibarlı mənbədir.
Veb saytı: www.mipic.co
SOCIALIZE IT →