4 Şubat 2015 Çarşamba
Home
Biznes
Biznes ideyaları
Design a Tea
Ən sadə ideyalar
haqqında
I Do Now I Don't
Joshua Opperman
Mara
Online biznes
pul qazanmaq
shexsi biznes
Thankster
Sadə, qəribə və uğurlu ideyalar(2)
Posted By: Karim - 19:48
1. I Do Now I Don't
Hər gün minlərlə gənc ailə həyatı qurmaq üçün nişanlanır. Təəssüf ki,
bəziləri evlənmədən ayrılır. Bu zaman aldıqları zinət əşyalarını geri qaytarmağa
və satmağa çalışırlar, lakin bazarda təklif olunan qiymətlər qaneedici olmur.
“I Do Now I Don't”
1978-ci ildə Joshua Opperman və bacısı Mara tərəfindən bu problemi həll etmək
üçün yaradılıb. İlk əvvəl yalnız nişan üzüklərinin satışı ilə məşğul olan bu
veb saytı indi digər zinət əşyalarının da satışını həyata keçirir. “I Do Now I Don't” işlənmiş zinət əşyalarına bazarda təklif
edilən qiymətdən daha çox pul ödəyir. Şirkət əşyaları aldıqdan sonra
təmizləyir, ucuz və keyfiyyətli məhsul almaq istəyən müştərilərinə satır. Hər
il 4.2 milyard dollar dəyərində 1.7 milyon zinət əşyaları satış üçün təklif
olunur.
Veb saytı: www.idonowidont.com
2. Design a Tea
“Design a Tea” öz zövqlərinə uyğun çay
qarışığı hazırlamaq istəyənlər üçün mükəmməl fürsətdir. Şirkət müştərilərinə öz
çaylarını hazırlamaq üçün 40-dan yuxarı çay ləzzətini təqdim edir. Bu ideya
sayəsində 10.000-dən yuxarı fərqli və bənzərsiz çay ləzzəti yaradılmışdır.
Veb saytı: www.designatea.com
3. Thankster
Təşəkkür etmənin müxtəlif formaları vardır.
Lakin əlimizdə hər hansı bir vasitə olmadan bunu etmək bir az çətindir. “Thankster”
vasitəsiylə siz istədiyiniz yazı tipini seçə və təşəkkür kartınızı hazırlaya
bilərsiniz. Bu gün bir çox şirkətlər öz müştərilərinə və ortaqlarına təşəkkür
etmək üçün bu yoldan istifadə edir. Hazırladığınız kartı məktubla istədiyiniz
ünvana göndərə bilərsiniz.
Veb
saytı: www.thankster.com
Kaydol:
Kayıt Yorumları (Atom)
SOCIALIZE IT →