Bir çoxlarımıza qəribə və ağlasığmaz, ilk
baxışda
uğursuz görünən bir ideya fərqli düşünən biri tərəfindən həyata
keçirilir. Doğrudur, bütün qəribə ideyalar uğur gətirmir, lakin daha qəribə
olan isə cəhd etmədən varlanmaq istəyidir. Əksər insanlar risk etməkdən qorxur,
digərləri isə ideyaların onları tapmasını gözləyir.
Statistikaya görə yeni fəaliyyətə başlayan
bizneslərin 50%-i ilk 5 ildə uğursuzluğa düçar olur. Qalan 50%-in də çox hissəsi
növbəti 5 ildə iflasa uğrayır. Tez bir zamanda varlanmaq istəyi sizləri gəlirlərə
fokuslayacaq və siz mühüm olan bir amili- müştərilərin istəyini nəzərdən
qaçıracaqsınız.
İndi isə sizlərə uğur qazanmış sadə və qəribə
ideyaları təqdim edirik:
1.Taxtabitlərinə
qarşı bariyer
Əgər bir oteldə və ya mehmanxanada olmusunuzsa,
yəqin ki, siz taxtabitləri ilə qaşılaşmısınız və onların yatan insanlar üçün
necə dəhşətli olduğunu bilirsiniz. Tony Abrams bu problemin həllini
tapdı. O, yataqların altına yerləşdirilən bariyeri kəşf etdi və bu ona
milyonlar qazandırdı. Bu bariyerlər yatan insanlara hücum edən taxtabitlərinə
qarşı maneə rolunu oynayır.
2. Təmizlik köməkçiləri
Belə bir vəziyyət
düşünün: Axşam dostlarınızla birgə bir şənlik
təşkil etmisiniz və evin hər yeri yemək qalıqları, içki şüşələri ilə doludur. Səhər
oyananda isə dəhşətə gəlirsən ki, bu qədər yığılıb qalmış şeyləri təmizləmək,
evi yığışdırmaq və özünə bir səhər yeməyi hazırlamaq lazımdır. Bu zaman Boulder şəhərindən olan iki kollec tələbəsi
sizin köməyinizə gəlir. Onlar “Hangover guys” adlanır və belə zamanlarda sizə
yardım edir. Onlar sizə gözəl bir səhər yeməyi hazırlayır, evinizi təmizləyir və
qablarınızı yuyur. Bu iki gənc artıq məşhur “Forbes” jurnalında, tok-şoularda və
CBC kanalında nümayiş olunub.
Onlar haqqındda daha çox məlumatı rəsmi
saytlarından əldə edin.
3. Əzmək üçün yer
Bəzən əsəbi vaxtlarda insan
nəyisə sındırmaq, qırmaq, tullamaq istəyir. Siz heç boşqabı otağın bir küncündən
o biri küncünə tullamısınızmı? Sohbət əsəbi və stressli vaxtlardan gedir. Bu hərəkət
insana həmin an zövq verir və əsəbi sakitləşdirir.
Yaponiyada Tokio şəhərində
bunun biznesi qurulub. Belə ki, müştəri istədiyi qab-qacağı ala və onu divara çırpıb qıra, sonra isə ayaqları
ilə əzə bilər. Siz burada stressdən azad olmaq üçün istədiyiniz şeyi edə bilərsiniz.
Düşünün nə qədər sadə bir o qədər də uğurlu ideyalardır. Kimsə belə
bir ideyasının olduğunu sizə desə yəqin ki, onu dəli adlandırar, ona bunun
mümkün olmayacağını deyərdiniz. Kimin nə qədər haqlı olduğuna özünüz qərar
verin.
SOCIALIZE IT →