Şirkətlərin loqoları ən az onların tarixi qədər maraqlıdır. Hər bir loqo şirkətin fəaliyyəti, tarixi və ya vermək istədiyi mesajla bağlı olur. Loqolardakı rənglərin də hər biri xüsusi məna və əhəmiyyət kəsb edir. Məsələn, qırmızı rəng gücü, narıncı rəng enerjini, mavi rəng sağlamlığı simvolizə edir.
Amerikanın onlayn alış-veriş saytı olan dünyaca məşhur amazonun loqosunda "A" hərfindən "Z" hərfinə doğru uzanan ox işarəsi burada "A"dan "Z" yə hər nəyin olduğunu göstərir. Ox eyni zamanda gülən üzü xatırladır. Bununla da şirkət müştərilərinin məmnun qalacağına işarə edir.
Federal Express adı ilə 1978-ci ildə fəaliyyətə başlayan Amerkanın logistik şirkəti "FedEx"in loqosunda da ox işarəsini görmək mümkündür." E" və "x" arasında yerləşən bu ox sürət və dəqiqliyin nişanəsidir.
1850-ci ildə əsası Yaşar Kanbur tərəfindən əsası qoyulan və 1991-ci ildən bəri restoranlar şəbəkəsi olan "Mado"nun loqosu "Maraş dondurması" sözünün ilk 2 hərfindən meydana gəlmişdir. Türkiyənin dondurma brendi olan Madonun dünyada 250-dən artıq restoranı fəaliyyət göstərir.
Lego 1949-cu ildən bəri Danimarkada istehsal olunan oyuncaq növüdür. "Lego"nun adı Danimarka dilində ‘yaxşı oyna’ mənasını verən "legt godt" ifadəsinin birləşməsindən yaranıb. Lego latın dilində "birləşdirirəm" deməkdir.
Alfa Romeo, 1910-cu ildə İtalyanının Milan şəhərində, Milanlı aristokrat bir ailə tərəfindən qurulmuş avtomobil şirkətidir. Loqodakı qırmızı xaç kübarlığı, ağ hissə xalqı, kəndliləri simvolizə edir. Sağ tərəfdə başında tac olan gürzə isə Viscoti ailəsinin gerbindən götürülüb.
1863-cü ildə Adam Opel tərəfindən qurulan şirkət ilk əvvəl tikiş maşınları və velosiped istehsalı ilə məşğul olub. 1899-cu ildən bəri avtomobil istehsalı ilə məşğul olan şirkətin loqosundakı təkər etibarlılığın, şimşək isə sürətin rəmzidir.
Dünyanın Lenovo və Hp-dan sonra ən böyük fərdi kompüter istehsalçısı "Dell"in loqosunda "E"nin maili olması diqqəti cəlb edir. Bunun mənası "dünyaya qulaq vermək" deməkdir (ingiliscə Ear sözü qulaq deməkdir). Loqonun mavi rəngdə olması zəriflik, sədaqət etibarlılıq və inam rəmzidir.
Samsung 1969-cu ildən bəri fəaliyyət göstərən, dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. Şirkətin loqosunun elips formada olması kainatı, mavi rəng səmanı və okeanları təmsil edir. "S" və "G"nin sərhəddə olması Samsungun dünya ilə bağlı olmasını göstərir.
LG Cənubi Koreyanın elektronik mallar istehsal edən şirkətidir. Loqosunu fırlatdıqda gülən üzü xatırladır. Bununla şirkət "həyat gözəldir, gülümsəyin" deyir.
SOCIALIZE IT →