Adının nə olduğunu bilməsə də uşaq vaxtı hər kəsin sevdiyi bir oyuncaq
halına gələn düyaca məşhur Slinky oyuncağının olduqca maraqlı bir tarixçəsi
var. İlk baxışda sadə görünən bu oyuncaq dəniz mühəndisi Riçard Tomson Ceyms(Richard Thompson
James) tərəfindən XX əsrin 40-cı illərinin əvvəllərində kəşf olunub. ABŞ-ın
Pensilvaniya ştatının rəsmi oyuncağ olan Slinkynin satışından 250 milyon
dollardan çox gəlir əldə edilib.
1943-cü
ildə Riçard hərbi dəniz gəmilərində həssas gəmi alətlərini təxirə salmaq üçün
çalışırdı. Əlində olan yay təsadüfən yerə düşür və Riçard onun necə əyildiyini
və hərəkət etdiyini görür. Bundan sonra onun ağlına möhtəşəm bir oyuncaq olan
Slinkyni yaratmaq gəlir.
500
dollar borc əldə edərək o, yay hazırlayan maşınların təkminləşdirilməsi ilə məşğul
olur. “James Spring & Wire Company” adlı şirkəti
quraraq Slinkynin kütləvi istehsalına başlayır. Oyuncağın adı isə arvadı
Betti Ceyms(Betty James) tərəfindən qoyulur.
Məhsulun
ilk dəfə tanıdılmasını Riçard bir dostundan xahiş etmişdi. Slinkynin uğursuz
olacağından çox narahat idi, lakin 90 dəqiqə ərzidə qiyməti 1 dollar olan bu
oyuncaqdan 400 ədəd satılır.
1960-cı
ildə Riçard Ceyms Bettini tərk edərək Bolivyadakı “Wycliffe Global Alliance” adlı ittifaqa qoşulur. Bundan sonra Betti şirkətin
baş icraçı direktoru(CEO) vəzifəsini icra edir. Riçard 1974-cü ildə 60 yaşında
Bolivyada vəfat edir.
2001-ci ildə oyuncaq sənayesinə verdiyi töhfəyə görə Bettinin adı “Toy Industry Hall of Fame”ə daxil edilir. 2008-ci il 20 noyabrda Pensilvaniya Universitetinin
xəstəxanasında 90 yaşında vəfat edir.
Vyetnam müharibəsi
zamanı ABŞ əsgərləri Slinkydən radio antenaların diapazonunu artırmaq üçün
istifadə edirdilər. Slinkydən NASA-nın kosmik tədqiqatları zamanı da istifadə
olunur. 1945-ci ildən indiyə qədər Slinkynin hazırlanması üçün 50.000 tondan çox məftil istifadə olunub ki bu da ekvatoru 121 dəfə dövr etməyə bəs edir. Reklam tarixinin ən uzun mahnısı da Slinkiyə məxsusdur.
Slinkynin reklam videosu:
SOCIALIZE IT →