Doodlelar tətil günlərini və il dönüşlərində qeyd etmək, məşhur sənətçiləri, ixtiraçı və elm adamlarını xatırlamaq məqsədilə Google loqosunda edilən əyləncəli, çaşdırıcı və bəzən də spontan dəyişikliklərdir.
İlk Doodle fikri necə
yarandı?
Doodle anlayışı
ilk olaraq 1998-ci ildə şirkət hələ anonim şirkət olmadan əvvəl Googlenin
qurucuları Larry və Sergeyin Nevada çölündəki Burning Man festivalına
qatıldıqlarını göstərmək üçün şirkət loqosunu dəyişdirmələri ilə yarandı.
Google sözündəki ikinci "o" hərfinin arxasına bir zibildən adam şəkili
yerləşdirdilər. Loqonun bu dəyişdirilmiş halı şirkət sahiblərinin "şirkət
xaricində" olduqlarını Google istifadəçilərinə komik bir şəkildə
bildirmişdi. İlk doodle digərlərinə görə sadə olsa da, əhəmiyyətli fəaliyyətləri
qeyd etmək üçün şirkət loqosunu bəzəmə fikri yaranmış oldu.
ilk doodle
İki il sonra
2000-ci ildə Larry və Sergey o zamanki veb meneceri və eyni zamanda şagird olan
Dennis Hwangdan Bastille Günü üçün bir doodle yaratmasını istədilər. İstifadəçilər
bunu o qədər çox bəyəndi ki, Dennis Googledə doodlelardan məsul şəxs təyin
edildi və doodlelar Googlenin ana səhifəsində getdikcə daha nizamlı bir şəkildə
görülməyə başladı.
Zamanla ABŞ-da və
digər ölkələrdə doodlelara olan tələb artdı. Bu gün doodleları yaratmaqdan
artıq qabiliyyətli rəssamlar (bunlara doodlecılar deyilir) və mühəndislər məsuliyyət
daşıyır. Onlar doodle meydana gətirmək, Googlenin ana səhifəsini canlandırmaq və
bütün dünyada Google istifadəçilərini gülümsədə bilmək üçün qrup olaraq səylə
çalışırlar. Qrup indiyə qədər dünyanın hər yerindəki ana səhifələr üçün 2000-dən
çox doodle meydana gətirmişdir.
Bir qrup Google
işçisi hansı fəaliyyətin doodle ilə qeyd olunacağına qərar vermək üçün nizamlı
olaraq bir araya gəlirlər. Doodle fikirləri Google işçiləri və Google istifadəçiləri
ilə birlikdə bir çox qaynaqdan alınır.
Google istifadəçiləri doodle üçün fikirlərini necə göndərə bilər?
İstifadəçilərdən gələn
fikirlər doodle qrupunu hər zaman həyəcanlandırır. İstifadəçilər bir sonrakı
Google doodle üçün fikirlərini e-mail vasitəsiylə proposals@google.com ünvanına
göndərə bilər. Qrup hər gün yüzlərlə istək mesajı aldığından təəssüf ki, hər
istəyə cavab verə bilmir. Ancaq hamısını oxuduğundan əmin ola bilərsiniz.Google istifadəçiləri doodle üçün fikirlərini necə göndərə bilər?
Googlenin
zarafatları
Google ənənəvi olaraq 1 Aprel zarafatları edir.
2000-ci ildə MentalPlex zarafatında zehin gücü ilə internetdə axtarış edilmənin
mümkün olacağını qarşıya qoymuşdu. 2007-ci ildə Google Gmail ana səhifəsindən Gmail Paper elanı etdi. Buna görə
istifadəçi electron poçtları çap ediləcək və özlərinə göndəriləcəkdi. 2008-ci ildə Google Gmail Custom Time elanı etdi, buna görə istifadəçilər e-məktubun göndərildiyi
zamanı dəyişə biləcəkdilər.
Gmail Paper zarafatı
Topeka şəhərinin
valisi Googlenin Google Fiber Layihəsi haqqındakı qərarına təsir edə bilmək
üçün şəhərin adını bir müddətə Google olaraq dəyişdirmişdi . Google buna
qarşılıq olaraq 2010-ci ildəki zarafatında adını müvəqqəti olaraq Topeka şəklində
dəyişdirdi. 2011-ci ildə Gmail Motion elanını etdi. Bu xidmətlə Google kamera
ilə istifadəçilərin Gmail hesabına bədən hərəkətləri vasitəsilə nəzarət
etmə imkanını təmin edəcəkdi.
Google Mapsdə
geniş su kütlələri ilə ayrılmış iki nöqtə arasında, məsələn Tokio və Los
Angeles arasında yol soruşulduğunda, "Sakit okeanını xizək edərək
dolan" şəklində bir təsvir görülə bilər. 2010 FIFA Dünya Kuboku müddətində,
"Dünya Kuboku", "FIFA" və s. axtarışlarda altdakı səhifə siyahısı "Goooo ... gle" şəklində deyil "Goooo ... al!" şəklində
meydana çıxmışdır.
çox gözəl
YanıtlaSilMinnətdarıq.
YanıtlaSil