Adı, forması və dadı ilə məşhur olan İçveçrə
brendi “Toblerone” şokoladı hər zaman diqqət çəkən və bahalı bir marka olaraq
tanınır. Bir çox filimlərdə, hədiyyə paketlərində tez-tez tobleroneni görmək
mümkündür.
Şokoladın adı “Tobler” və italyan dilində qoz halvası(nuqa) mənasına gələn
“torrone” sözlərindən götürülüb. Tobleronenin Tərkibi bal, badam, şokolad və qoz halvasından ibarətdir
və indiyə qədər dəyişdirilməyib. Tobleroneni tanıdan bir xüsusiyyəti də
dünyanın ilk üçbucaq formalı şokoladı olmasıdır. Bu formanı Theodor Tobler
Matterhorn dağından ilhamlanaraq yaradıb. Dağın üzərindəki ayı şəkli isə
şokoladın yaradıldığı şəhəri simvolizə edir.
1920-ci ildə Tobleronenin üzərindəki qartal şəkli Bern şəhərinin simvolu olan ayı ilə əvəz olunur. 1930-cu ildə ayı şəkli yenidən qartalla əvəz olunur, çünki həmin vaxt İsveçrədə məhsulların üzərində ölkənin simvollarının olmasına icazə verilmirdi.
Tarixi
Hər şey Theodorun atası Jean Toblerin 1868-ci ildə
Bern şəhərində özünə qənnadı dükanı açması ilə başlıyır. Jean Tobler başqa
istehsalçılardan aldığı məhsullarla şokolad istehsal edirdi.
Jean Tobler
1899-cu ildə oğlu Theodor ilə
birlikdə şəxsi “Fabrique
de Chocolat Berne, Tobler & Cie” adlı şokolad fabrikini açır, 1900-cü ildə isə
şirkətin idarəsini Theodora verir.
Theodor Tobler
1908-ci ildə yaxın qohumu Emil Baumann ilə
birlikdə Tobleroneni
yaradır. 1909-cu ildə isə patentini alaraq istehaslına başlayır.
1973-cü ildə ağ
şokoladlı toblerone satışa çıxarılır.
2008-ci ildə
şirkətin 100 illiyi qeyd olunur.
Bu gün toblerone dünyanın 120-dən çox ölkəsində satılır. Firma hər zaman səviyyəsini qoruduğu kimi qiymətini də buna uyğun olaraq yüksək tutur. Ölçüsündən asılı olaraq qiyməti 150 dollara qədər dəyişir.
Reklam videosu:
SOCIALIZE IT →