Axşam vaxtı televizorlar parıltılı, rəngarəng və
titrəyən işıqları ətrafa saçır. Bu effetktlər pəncərəyə baxdıqda daha aydın
görünür. Televizorun işləməsi evdə kiminsə olduğu mesajını verir və bu
oğruların yayınmasına səbəb olur. Statistikaya görə oğruluq daha çox boş olan
evlərdə baş verir. Lakin indi boş evlərin də oğruluqdan qurtulmaq şansı var.
Evdən çıxarkən televizoru
işlək saxlamaq oğruları kənar tutmağın ən sadə və təsirli yollarındandır. Lakin
televizorun uzun müddət işləməsi həm əlavə enerji istehlakıdır, həm də uzun
müddət evdən kənarda qaldığınız zaman işıqların sönməsi oyunun bitməsinə səbəb
ola bilər.
Bu problemin həlli məşhur
yazıçı və eyni zamanda mühəndis olan Blaine C. Readler tərəfindən
tapılıb. O, müxtəlif TV proqramların, reklamların yaratdığı işıq effektlərini təqlid
edən bir cihaz yaratdır. Bu cihaz hava qaralan zaman işə düşür və 4-7 saat işləyir.
Readler cihazı təkminləşdirmək üçün yüzlərlə proramı izləyir və apardığı
çoxsaylı sınaqlardan sonra cihazı təbii rəng effektləri və dinamik hərəkətlər
yaradan bir hala gətirir. Bu cihaz Saxta TV (Fake TV) adlanır.
Readler ilk dəfə 2008-ci
ildə araşdırmalarına başlayarkən enerjiyə qənaət edən və televizora nəzərən
daha uzunömürlü bir cihaz yaratmaq istəyirdi.2010-cu ildən bəri satışa
çıxarılan bu cihazdan dünyada 200.000-dən çox satılıb. Qiyməti isə 29.95
dollardır.
Saxta TV(Fake TV) əldə et
Daha sade bir yol var,televizora resm yapisdirmaq ve yanina isig fanarini yandirib qoymaq.
YanıtlaSilDaha sade bir yol var,televizora resm yapisdirmaq ve yanina isig fanarini yandirib qoymaq.
YanıtlaSil