Yəqin ki, hər biriniz məşhur Wolf
of Wall Street (Wall Street Canavarı) filmini izləmiş və ya ən azından haqqında
eşitmisiniz. Martin Scorsese tərəfindən çəkilən film dünyanın ən iddialı birjaçısı
olan Jordan Belfordun həyatı və iş fəaliyyətindən bəhs edir. Baş rolda Leonardo
DiCaprionun oynadığı 180 dəqiqəlik film ərzində Jordan haqqında tam təəssüratınızın
yaranacağından əminəm.
Yazıçı və
motivasiya spikeri Jordan Belfort 1962-ci ildə ABŞ-da dünyaya gəlib. Yüksək
inandırıcılıq qabiliyyəti sayəsində qısa zamanda varlanır. 90-cı illlərin əvvəllərində
qurduğu 1000 nəfər işçi heyəti olan Stratton Oakmont
adlı broker şirkəti ona milyonlar və dünya şöhrətini qazandırdı. Lakin Jordanın
işləri qaydasında deyildi. O, fırıldaqçılıqda günahlandırıldı və 1998-ci ildə
haqqında cinayət işi başladıldı. Sərmayəçilərin 200 milyon dollar pul itirməsinə
səbəb olmuşdu. 22 ay həbs və 110.4 milyon dollar cərimə ilə cəzalandırıldı.
Həbsdə
olarkən hücrə yoldaşı Tommy Chang ilə tanış olur. Rejissorluq və yazıçılıq
etmiş Chang onu həyatı haqqında yazmağa razı saldı. Jordan The Wolf of Wall Street(2007) və Catching the Wolf of Wall Street(2009) adlı iki
kitabın müəllifidir. Kitablarının satışından 1.7 milyon dollar gəlir əldə edib.
Kitabları dünyanın 40 ölkəsində 18 dildə yayımlanıb. 2013-cü ildə
kitabları əsasında eyni adlı film ekranlaşdırılıb.
Jordan Belford hal-hazırda bir çox şirkətlərdə məsləhətçi kimi çalışır və eyni zamanda seminarlar təşkil edir. Bir seminarının qiyməti 30.000 dollardır. Borclarını hələ də tam olaraq ödəyə bilməyib.
SOCIALIZE IT →