Bildiyimiz kimi, saytlarda qeydiyyatdan keçərkən
bizdən anket doldurmaq tələb olunur. Bu anketlər bəzi proqramistlər
tərəfindən hazırlanan proqramlar vasitəsiylə avtomatik olaraq doldurulurdu. Bunun
qarşısını almaq üçün 2000-ci ildə “CAPTCHA” layihəsi hazırlanır. Yeni
yaradılmış sistem kimliyi təsdiq etmə xarakteri daşıyır və işləmə prinsipi çox
sadədir. Belə ki, burada kompüterin oxuya bilməyəcəyi formada(dalğalı, üstündən
xətt çəkilmiş və.s) olan sözlər və rəqəmlər yazılır.
“PlayCAPTCHA” “CAPTCHA” (Completely Automated Public Turing test to tell Computers and Humans Apart) testinin 2014-cü ildə
Carnegie Mellon universiteti tərəfindən təkmilləşdirilən bir
formasıdır.
Bu texnologiya anketin kompüter deyil,
insan tərəfindən doldurulmasının təsdiqini təmin edən rahat bir sitemdir. Yeni yaranmasına
baxmayaraq, gün ərzində 300 milyon “CAPTCHA” istifadə olunur. Orta hesabla hər
birinin doldurulmasına 14 san vaxt sərf edilir ki, bu da təxminən gündə 150.000
saata bərabərdir. Yeni forma daha rahat və təhlükəsizdir, eyni zamanda vaxta da
qənaət edir.
“PlayCAPTCHA”
interaktiv oyunlar şəkilindədir. Bir qrup elm adamları, mühəndislər və oyun
ekspertləri tərəfindən hazırlanır. Bu texnologiya şirkətlərə reklam üçün yeni və
daha əlverişli imkan yaradır. “Heinz”, “Cillit Bang”, “Reckitt Benckiser”, “Nestle” istehsalı olan “KitKat” və başqa bir çox
şirkətlər “PlayCAPTCHA”nın reklam imkanlarından
yararlanmışdır. Araşdırmalar göstərir ki, reklam bannerlərinin kliklənmə dərəcəsi
orta hesabla 0.04%-dir. PlayCAPTCHA” veriləcək mesajları daha yaxşı çatdırır və reklam bannerlərindən 12 dəfə çox effektlidir.
SOCIALIZE IT →