Məşhur yazıçı, jurnalist, hüquqşünas,
uğurlu sahibkar, jurnal naşiri Napoleon Hill 1883-cü il 26 oktyabrda ABŞ-ın
Vircinya ştatında anadan olub. Şəxsi inkişaf və uğur sahəsində peşəkar lektor
olan Hill eyni zamanda ABŞ prezidenti Teodor Ruzveltin də məsləhətçisi və nitq
yazarı olmuşdur.
“ Əgər insan bir şeyi düşünə bilir və
inanırsa, ona nail ola bilər”, - fikri Hilin əsas şüarı olub. “The Law
of Success”(Uğur qanunu (1928)), “Think and Grow Rich” (Düşün və varlan (1937)), “The Magic Ladder To Success”(Uğurun sehrli nərdivanı
(1930)) kimi bir çox kitabları ona dünya şöhrəti qazandırmışdır.
Napoleon Hili mübahisəsiz
biznes və şəxsi inkişaf kitablarının “ulu babası” adlandırmaq olar. O, şəxsi
inkişaf sahəsində ən təsirli insanlardan hesab olunur. “Düşün və Varlan” kitabı
milyonlarla insanın, o cümlədən, W.Celement Stone və Og Mandino kimi bir
çox uğurlu insanların həyatına mühüm təsiri olmuşdur. Məşhur “Business Week” jurnalında “Düşün və Varlan” kitabı nəşrindən 70 il
sonra 6-cı ən çox satılan bzines kitabı kimi göstərilmişdir.
Hill çətin bir həyat yolu keçmişdir. 10
yaşında ikən anasını itirir və bundan iki il sonra atası yenidən evlənir. Yazıçılıq
karyerasına 13 yaşında kiçik şəhər qəzetində müxbir olaraq başlayan Hill
sonradan ABŞ-ın ən sevimli motivasiya yazıçısı olur. O, ömrünün 25 ilini
insanların maliyyə sahəsində uğursuzluğa düçar olması və xoşbəxt bir həyata
sahib olmamalarının səbəbini araşdırmışdır. Bu müddətdə o, bir vəkil və jurnalist
olaraq böyük uğur qazanmışdı.
Napoleon Hill 8 noyabr 1970-ci ildə Cənubi Karolina ştatında vəfat etmişdir. Bir neçə
il bundan əvvəl yaradılan Napoleon Hill Fondu onun əsərlərini nəşr etdirərək
bütün dünyaya yayır.
Napoleon Hildən məşhur sitatlar:
Dürüstlük ən
yaxşı siyasətdir
Ən böyük
imkanın bəlkə də indi olduğun yerdədir
Mübarizəni
dayandırmayan hər bir insan üçün qalibiyyət mümkündür
İnsanın
xarakterində əzmkarlıq poladda olan karbon kimidir
Görmək
üçün gözümüzə işıq lazım olduğu kimi təsəvvür etmək üçün də beynimizə ideya
lazımdır
Edison elektrik
lampasını kəşf etmək üçün 10.000 dəfə cəhd etdi. Bir neçə uğursuzluğuna görə
heç vaxt ruhdan düşmə
Umumiyyetle heyati hislerimizle deyil, dusuncelerimizle analiz etmeliyik.Ele bu biznesin de esas qanunlarindan biridi.Hec subhesiz ezmkarliq da boyuk rol oynayir-psixoloji fonda deyirem.Meselen bu insani keyfiyyetler mende daim neinki, yaradiciliq qabiliyyetini yaradir, hem de stimul verir.Odur ki,men daim ugur namine ozumu fovqelade derecede optimist hiss edirem.
YanıtlaSilRazıyam sizinlə. Yaradıcılığınızda isə uğurlar
Sil