Bu
gün aktual mövzulardan olan online biznes qazanc əldə etmənin ən
səmərəli
yollarındandır.Bu biznesin bir çox üstünlükəri var: sizin bir ofisə ehtiyacınız
yoxdur, sizin müdiriniz yoxdur, siz heç bir yerə getmədən evinizdə oturaraq həm
də daha az vaxt sərf edərək işlərinizi görə bilərsiniz. Online biznesə başlamaq
üçün sadəcə bir az araşdırma aparmaq və hər işdə olduğu kimi bacarıq tələb
olunur.
Online biznes heç də düşünüldüyü qədər rahat
deyildir. Bəzən qarşımıza anket doldurmaq və ya saytları ziyarət edərək pul
qazanacağımızı göstərən elanlar çıxır. Bu əməliyyatlar sadəcə vaxt itkisidir,
qazanan isə sizi o biznesə qoşaraq özünə şəbəkə yaradan şəxs olur.
Biznesmen bloqu olaraq sizlər üçün online əməliyyatlar
ilə pul qazanmanın etibarlı yollarını araşdırdıq. İndi isə sizləri 5 online
biznes ideyası ilə tanış edirik.
1. Pərakəndə
satış mütəxəssisi
Bir çox online mağazalar sizlərə dünyanın hər
yerindəki müştərilərlə ticarət etməyə və bu sahədə ixtisaslaşmanıza imkan
yaradır. Satılan məhsulun növündən asılı olmayaraq onun hər zaman bir alıcısı
vardır. Veb serverlərin xidmətlərindən istifadə edərək ticarət kartı və ya
e-ticarət proqramları vasitəsiylə biznes əməliyyatlarınızı həyata keçirə bilərsiniz.
Sahibkarlar öz məhsullarını müştərilərə sizin vasitənizlə çatdırır və bunun
üçün sizin şəxsi mülkünüzün olmasına ehtiyac duyulmur.
2. Sosial
media məsləhətçisi
Böyük firmalar özlərinin feysbuk və tvitter
hesablarını idarə etmək üçün əlavə işçi heyətinə və ya təşkilata ehtiyac
duyurlar, kiçik firmalar isə sosial media marketinqini adətən özləri həyata
keçirir. Bir çox digər öhdəlikləri və vəzifələri olduğu üçün biznes sahiblərinin
inkişaf etməkdə olan sosial media strategiyasını həyata keçirməsində boşluqlar
yaranır. Bir məsləhətçi kimi siz bu işi həyata keçirmənin ən yaxşı yolunu müəyyən
etməli, müştəriləri məlumatlandırmalı, onları razı salmalısınız. Onların izləyicisi
artdıqca sizin biznesiniz də böyüyəcək.
3.
Veb dizayner
Əgər HTML kodlaşdırmanı yaxşı bilirsinizsə,
gözəl dizayn etmək, cəlbedici və gözoxşayan veb saytlar qurmaq bacarığınız
varsa, bu istedadınızdan pul qazana bilərsiniz. Online sahədə irəliləmək istəyən
kiçik biznes sahiblərinə bu sahədə yardım edərək qazanc əldə edin. Bunun üçün
işinizin veb saytını yaradın və müştərilərin axınını təmin edin.
4. “Resume”
və “cover letter” yazmaq
CV ilə yanaşı işə qəbul zamanı sizdən
motivasiya məktubu və “cover letter” adlanan məktub tələb oluna bilər və ya öz
istəyinizlə göndərə bilərsiniz. Bu məktublar işəgötürənin sizin haqqınızda olan
təsüratlarında ciddi dəyişikliklər yaradır. Karyera nailiyyətləriniz barədə
yazmaq rahat görünə bilər, lakin burada bir az bacarıqlı və hiyləgər şəkildə “uydurmaq”
qabiliyyəti tələb olunur. İnsanların işə qəbul olmasına mükəmməl məktublar
yazaraq köməklik edin.
5.
Online tədris kursları
Yaxşı bələd olduğunuz bir işi insanlara
online kurslar vasitəsiylə öyrətmək üçün sizdən heç bir elmi dərəcə tələb
olunmur. Sevdiyiniz bir işin məsələn, yemək bişirmək və ya idmanın online tədrisini
həyata keçirib insanların həyatını zənginləşdirin. Bunu üçün təqdimat paketləri
və videolar hazırlayıb saytınıza yerləşdirin və ya müştərilərinizə Skype vasitəsiylə
müəyyən etdiyiniz vaxtlarda online dərslər keçin.
SOCIALIZE IT →