Pages

30 Ocak 2015 Cuma

Hər birimizə rast gələn “PlayCAPTCHA” oyununun açıqlaması


    Bildiyimiz kimi, saytlarda qeydiyyatdan keçərkən bizdən anket doldurmaq tələb olunur. Bu anketlər bəzi proqramistlər tərəfindən hazırlanan proqramlar vasitəsiylə avtomatik olaraq doldurulurdu. Bunun qarşısını almaq üçün 2000-ci ildə “CAPTCHA” layihəsi hazırlanır. Yeni yaradılmış sistem kimliyi təsdiq etmə xarakteri daşıyır və işləmə prinsipi çox sadədir. Belə ki, burada kompüterin oxuya bilməyəcəyi formada(dalğalı, üstündən xətt çəkilmiş və.s) olan sözlər və rəqəmlər yazılır.



   “PlayCAPTCHA” “CAPTCHA” (Completely Automated Public Turing test to tell Computers and Humans Apart) testinin 2014-cü ildə Carnegie Mellon universiteti tərəfindən təkmilləşdirilən bir formasıdır.
    Bu texnologiya anketin kompüter deyil, insan tərəfindən doldurulmasının təsdiqini təmin edən rahat bir sitemdir. Yeni yaranmasına baxmayaraq, gün ərzində 300 milyon “CAPTCHA” istifadə olunur. Orta hesabla hər birinin doldurulmasına 14 san vaxt sərf edilir ki, bu da təxminən gündə 150.000 saata bərabərdir. Yeni forma daha rahat və təhlükəsizdir, eyni zamanda vaxta da qənaət edir.


        “PlayCAPTCHA” interaktiv oyunlar şəkilindədir. Bir qrup elm adamları, mühəndislər və oyun ekspertləri tərəfindən hazırlanır. Bu texnologiya şirkətlərə reklam üçün yeni və daha əlverişli imkan yaradır. “Heinz”, “Cillit Bang”, “Reckitt Benckiser”,  “Nestle” istehsalı olan “KitKat” və başqa bir çox şirkətlər “PlayCAPTCHA”nın reklam imkanlarından yararlanmışdır. Araşdırmalar göstərir ki, reklam bannerlərinin kliklənmə dərəcəsi orta hesabla 0.04%-dir. PlayCAPTCHA veriləcək mesajları daha yaxşı çatdırır və  reklam bannerlərindən 12 dəfə çox effektlidir.


   



28 Ocak 2015 Çarşamba

Biznes lideri Napoleon Hill


    Məşhur yazıçı, jurnalist, hüquqşünas, uğurlu sahibkar, jurnal naşiri Napoleon Hill 1883-cü il 26 oktyabrda ABŞ-ın Vircinya ştatında anadan olub. Şəxsi inkişaf və uğur sahəsində peşəkar lektor olan Hill eyni zamanda ABŞ prezidenti Teodor Ruzveltin də məsləhətçisi və nitq yazarı olmuşdur.
     “ Əgər insan bir şeyi düşünə bilir və inanırsa, ona nail ola bilər”, - fikri Hilin əsas şüarı olub. The Law of Success”(Uğur qanunu (1928)), Think and Grow Rich” (Düşün və varlan (1937)), “The Magic Ladder To Success”(Uğurun sehrli nərdivanı (1930)) kimi bir çox kitabları ona dünya şöhrəti qazandırmışdır.
    Napoleon Hili mübahisəsiz biznes və şəxsi inkişaf kitablarının “ulu babası” adlandırmaq olar. O, şəxsi inkişaf sahəsində ən təsirli insanlardan hesab olunur. “Düşün və Varlan” kitabı milyonlarla insanın, o cümlədən, W.Celement Stone və Og Mandino kimi bir çox uğurlu insanların həyatına mühüm təsiri olmuşdur. Məşhur “Business Week” jurnalında “Düşün və Varlan” kitabı nəşrindən 70 il sonra 6-cı ən çox satılan bzines kitabı kimi göstərilmişdir.


    Hill çətin bir həyat yolu keçmişdir. 10 yaşında ikən anasını itirir və bundan iki il sonra atası yenidən evlənir. Yazıçılıq karyerasına 13 yaşında kiçik şəhər qəzetində müxbir olaraq başlayan Hill sonradan ABŞ-ın ən sevimli motivasiya yazıçısı olur. O, ömrünün 25 ilini insanların maliyyə sahəsində uğursuzluğa düçar olması və xoşbəxt bir həyata sahib olmamalarının səbəbini araşdırmışdır. Bu müddətdə o, bir vəkil və jurnalist olaraq böyük uğur qazanmışdı.
   Napoleon Hill 8 noyabr 1970-ci ildə Cənubi Karolina ştatında vəfat etmişdir. Bir neçə il bundan əvvəl yaradılan Napoleon Hill Fondu onun əsərlərini nəşr etdirərək bütün dünyaya yayır.
    Napoleon Hildən məşhur sitatlar:
Dürüstlük ən yaxşı siyasətdir
Ən böyük imkanın bəlkə də indi olduğun yerdədir
Mübarizəni dayandırmayan hər bir insan üçün qalibiyyət mümkündür
İnsanın xarakterində əzmkarlıq poladda olan karbon kimidir
Görmək üçün gözümüzə işıq lazım olduğu kimi təsəvvür etmək üçün də beynimizə ideya lazımdır
Edison elektrik lampasını kəşf etmək üçün 10.000 dəfə cəhd etdi. Bir neçə uğursuzluğuna görə heç vaxt ruhdan düşmə

   
   



   


25 Ocak 2015 Pazar

Müsahibə nədir və onun hansı növləri var?


    Müsahibə(interview) sözü latın və fransız dillərindən götürülüb, mənası görüşmək, bir-birini görmək deməkdir. Müsahibə dedikdə sual soruşan və cavab verən tərəflərin iştirak etdiyi xüsusi görüş nəzərdə tutulur. Suallara cavab verən şəxs müsahib, soruşan şəxs isə müsahibəçi adlanır.
    Müsahibənin təkcə işəgötürənin iş üçün müraciət edən şəxsi tanımasından ötrü olduğunu düşünmək yanlış bir fikirdir. Müsahibənin məqsədi hər iki tərəfin bir-birləri haqqında təəssüratlarının yaranmasıdır. Müsahibəçinin sual verməkdə məqsədi işçinin şəxsi keyfiyyətləri, bacarıq və qabiliyyətləri, gözləntiləri, dəyərləri və.s haqqında məlumat əldə eməkdir.
    Müsahibənin aşağıdakı formaları vardır:

1. Şəxsi müsahibələr: Şəxsi müsahibələrə daxildir:
  •   İşçilərin seçilməsi
  •   Vəzifə yüksəlişi
  •   Pensiya və işçilərin istefası
Bu cür müsahibənin məqsədi müzakirə və müşahidələrlə işçinin işi necə icra edəcəyini müəyyən etməkdir.

2. Qiymətləndirmə müsahibələri
   Hər il keçirilən bu müsahibə işçilərin inkişafında olan dəyişikliklərin qiymətləndirilməsi funksiyasını daşıyır. Müsahibə idarə rəisi ilə tabeliyində olan şəxslər arasında olur. Bu zaman əsas olaraq işçilərin zəif və güclü tərəfləri müəyyənləşdirilir.
3. İnandırıcı müsahibələr
    Bu müsahibələr müsahibin məhsul və ya xidmət təklif edərkən inandırmaq bacarığını yoxlamaq üçündür. Satış nümayəndəsi məhsul və ya xidməti satarkən onun alıcıların ehtiyaclarını qarşılayacağına inandırmalı və onları razı salmalıdır.
4.  Strukturlaşdırılmış müsahibələr
    Strukturlaşdırılmış müsahibələr formal prosedura uyğun olaraq aparılır. Bu zaman müsahibəçi əvvəlcədən müəyyənləşdirdiyi sualları soruşur.
5. Strukturlaşmamış müsahibələr
    Bu müsahibə forması əvvəlcədən müəyyənləşdirilmir, yəni aparılması sərbəst qaydada olur. Müsahibəçi və müsahibin maraqlarından asılı olaraq bir mövzudan qısa zamanda digər mövzuya keçilir.
6. Məsləhətçi müsahibələr
    Müsahibə işçilərin yaxşı fəaliyyət göstərməməsi və ya onları narahat edən səbəblərin müəyyənləşdirilməsi üçün aparılır. Şəxsi problemlərin həll edilməsi məqsədini daşıyır.
7. İntizam müsahibəsi
    Bu müsahibə forması təşkilatın qaydalarını və prosedurlarını pozan işçilər üçün keçirilir.
8. Stress müsahibələr
    Bu müsahibə zamanı stressli bir situasiya yaradılır və stress vəziyyətində müsahibin reksiyası müəyyənləşdirilir.
9. Qeyri-rəsmi danışıq müsahibəsi
Bu müsahibədə müsahiblə söhbət zamanı onun təbiəti və prioritetləri müəyyənləşdirilir. Müsahibədə soruşulacaq suallar əvvəlcədən təyin olunmur.
10. Standart və ya açıq müsahibə
    Bu müsahibələrdə hər kəsə eyni suallar verilir. Açıq müsahibənin üstünlüyü daha tez keçirilməsi, müqayisə və təhlil aparılmasının daha asan olmasıdır.
11.  Qapalı və ya sabit cavablı müsahibələr
    Müsahibə zamanı müsahiblərə eyni suallar soruşulur və onlara seçməsi üçün bir neçə cavab təklif olunur.



23 Ocak 2015 Cuma

Sadə, qəribə, lakin uğurlu biznes ideyaları

    
    Bir çoxlarımıza qəribə və ağlasığmaz, ilk baxışda

22 Ocak 2015 Perşembe

Biznes-plan nədir?


     Ən sadə dildə desək,

20 Ocak 2015 Salı

Online biznes imkanları




    Bu gün aktual mövzulardan olan online biznes qazanc əldə etmənin ən

19 Ocak 2015 Pazartesi

Brayan Treysinin milyonçuluğa gedən yolu




    Uğurlu bir biznesmen olmağı praktiki olaraq hər kəs arzulayır.