Pages

23 Ocak 2015 Cuma

Sadə, qəribə, lakin uğurlu biznes ideyaları

    
    Bir çoxlarımıza qəribə və ağlasığmaz, ilk baxışda
uğursuz görünən bir ideya fərqli düşünən biri tərəfindən həyata keçirilir. Doğrudur, bütün qəribə ideyalar uğur gətirmir, lakin daha qəribə olan isə cəhd etmədən varlanmaq istəyidir. Əksər insanlar risk etməkdən qorxur, digərləri isə ideyaların onları tapmasını gözləyir.
   Statistikaya görə yeni fəaliyyətə başlayan bizneslərin 50%-i ilk 5 ildə uğursuzluğa düçar olur. Qalan 50%-in də çox hissəsi növbəti 5 ildə iflasa uğrayır. Tez bir zamanda varlanmaq istəyi sizləri gəlirlərə fokuslayacaq və siz mühüm olan bir amili- müştərilərin istəyini nəzərdən qaçıracaqsınız.
    İndi isə sizlərə uğur qazanmış sadə və qəribə ideyaları təqdim edirik:
1.Taxtabitlərinə qarşı bariyer
    Əgər bir oteldə və ya mehmanxanada olmusunuzsa, yəqin ki, siz taxtabitləri ilə qaşılaşmısınız və onların yatan insanlar üçün necə dəhşətli olduğunu bilirsiniz. Tony Abrams bu problemin həllini tapdı. O, yataqların altına yerləşdirilən bariyeri kəşf etdi və bu ona milyonlar qazandırdı. Bu bariyerlər yatan insanlara hücum edən taxtabitlərinə qarşı maneə rolunu oynayır.                                 
                                    


2. Təmizlik köməkçiləri
    Belə bir vəziyyət düşünün:  Axşam dostlarınızla birgə bir şənlik təşkil etmisiniz və evin hər yeri yemək qalıqları, içki şüşələri ilə doludur. Səhər oyananda isə dəhşətə gəlirsən ki, bu qədər yığılıb qalmış şeyləri təmizləmək, evi yığışdırmaq və özünə bir səhər yeməyi hazırlamaq lazımdır. Bu zaman  Boulder şəhərindən olan iki kollec tələbəsi sizin köməyinizə gəlir. Onlar “Hangover guys” adlanır və belə zamanlarda sizə yardım edir. Onlar sizə gözəl bir səhər yeməyi hazırlayır, evinizi təmizləyir və qablarınızı yuyur. Bu iki gənc artıq məşhur “Forbes” jurnalında, tok-şoularda və CBC kanalında nümayiş olunub.
Onlar haqqındda daha çox məlumatı rəsmi 
saytlarından əldə edin.


                                                                                           

3. Əzmək üçün yer
    Bəzən əsəbi vaxtlarda insan nəyisə sındırmaq, qırmaq, tullamaq istəyir. Siz heç boşqabı otağın bir küncündən o biri küncünə tullamısınızmı? Sohbət əsəbi və stressli vaxtlardan gedir. Bu hərəkət insana həmin an zövq verir və əsəbi sakitləşdirir.
   Yaponiyada Tokio şəhərində bunun biznesi qurulub. Belə ki, müştəri istədiyi qab-qacağı ala  və onu divara çırpıb qıra, sonra isə ayaqları ilə əzə bilər. Siz burada stressdən azad olmaq üçün istədiyiniz şeyi edə bilərsiniz.



Düşünün nə qədər sadə bir o qədər də uğurlu ideyalardır. Kimsə belə bir ideyasının olduğunu sizə desə yəqin ki, onu dəli adlandırar, ona bunun mümkün olmayacağını deyərdiniz. Kimin nə qədər haqlı olduğuna özünüz qərar verin.

Hiç yorum yok:

Yorum Gönder