Pages

22 Ocak 2015 Perşembe

Biznes-plan nədir?


     Ən sadə dildə desək,
biznes-plan rəhbərdir- məqsədləri müəyyənləşdirən və onlara çatma yollarını müəyyən edən bir rəhbər. Biznes-planı bacardıqca sadə hazırlamaq lazımdır. Çünki gəlcək işin necə davam edəcəyi ondan asılıdır. Uzunluq və formallıqdan çəkinmək lazımdır. Belə biznes-planlar adətən investorları və kommersiya kreditlərini özünə cəlb etmək istəyən kiçik bir çoxluq tərfindən hazırlanır.
    Əgər siz bir ideya və yerinə yetiriləcək bir neçə tapşırığı vərəqə yazmısınızsa, bu o deməkdir ki, siz    biznes-plan və ya ən azından onun əsas hissəsini hazırlamısınız. Biznes-planın əsas mahiyyəti biznesinizin necə fəaliyyət göstərəcəyi və necə uğur qazanacağı haqqındadır. Biznes-plan kağıza yazdığınız ideyadan sadəcə bir az uzundur. Bəzən bir vərəqə belə yazmaq mümkündür.


    İnformasiyanı autsayderlər(Müəyyən səbəblərdən qrupa daxil olmayan şəxlər) və ya komanda üzvləri ilə bölüşmək lazım olduqda biznes-plan çap olunmuş sənədlər halında olmalıdır. Əks halda onları kompüterinizdə dinamik sənədlər halında saxlaya bilərsiniz.
    Əgər rəsmi bir biznes-plana ehtiyac duyursunuzsa, bu zaman onun tərkibinə şirkətin idarəetmə xülasəsi, şirkətin ümumi icmalı, istahsal ediləcək məhsullar və ya göstəriləcək xidmətlər haqqında bəzi məlumatlar, marketinq planı, şirkəti idarə edən şəxslər və onların rolları haqqında bəzi məlumatlar, maliyyə planı haqqında detallar və digər lazımlı məqamlar daxil edilməlidir. Bunlar biznes-planın hissələri və ya bölmələri adlanır.
    Əfsus ki, bəzi insanlar biznes-planın yeni biznesə başlayanlar və ya biznes kreditləri almaq istəyənlər üçün olduğunu düşünürlər. Lakin biznes-plan istənilən halda biznes fəaliyyətini həyata keçirmək istəyən hər kəs üçün eyni dərəcədə vacibdir.
   
   





1 yorum:

  1. Sevərək izlədiyimiz səhifələrdəndir.. Sükanı daima belə saxlayın. Müvəffəqiyyətlər arzulayırıq.

    YanıtlaSil