Pages

19 Ocak 2015 Pazartesi

Brayan Treysinin milyonçuluğa gedən yolu




    Uğurlu bir biznesmen olmağı praktiki olaraq hər kəs arzulayır.
Bəzilərinin hərəkətə keçməsi üçün sadəcə bir qığılcım lazımdır, lakin bəzi insanlar ideyaları olduğu halda hələ də xəyallar dünyasında qalmağa üstünlük verirlər. Sizcə niyə? Məncə, səbəb çox sadədir. Onlar arzularını geçəkləşdirmənin yolunu bilmirlər və ya risk etməkdən qorxurlar.
    İdeylarımızı həyata keçirmənin ən gözəl yollarından biri uğurlu insanların yolunu izləməkdir. Reallaşan bütün bizneslər, əlbəttə, bir zamanlar sadəcə ideya halında idi. Sizin də bir ideyanız var. Özünüzə  belə bir sual verin: “Niyə də yox?”
    Brayan Treysi 27 noyabr 1944-cü ildə Kanadanın Vankuver şəhərində anadan olmuşdur. Peşəkar lektor, biznes məşqçi və məsləhətçisidir. Milyonçu Kaliforniya ştatında treninq və konsaltinq kompaniyasına rəhbərlik edir.
    Brayanın varlanmaya aparan yolu çətin və ağır olub. O, məktəbi atıb, qabyuyan, yükdaşıyan, qazmaçı, əlaltı fəhlə olub. 25 yaşında Brayan ticarət agenti kimi biznesdə karyeraya başlayıb. O səbrlə bütün ona məlum olan varlanma üsullarını yoxlayır və nəhayət 265 milyon dollar kapitalla kompaniyada  əməliyyat fəaliyyəti üzrə direktor vəzifəsini tutur. Otuz yaşlarında Brayan Kanadanın Alberti universitetinə daxil olur və kommersiya bakalavrı dərəcəsini alır. O, 22 müxtəlif sənaye sahələrində çalışmışdır. 1981-ci ildən bütün Amerika üzrə maliyyə uğurlarının yollarına həsr olunmuş məruzələr oxumağa və seminarlar keçirməyə başlayır.


    Brayan özünü akademik tədqiqatçı yox, elektik, yəni- oxucu, məlumatları ümumiləşdirən adlandırır. O, vaxtının çox hissəsini qəzetlərin, jurnalların, kitabların, audio və video materialların öyrənilməsinə həsr edir. Brayan təkçə oxumaqla kifayətlənmir, öyrəndiklərini praktikada sınaqdan keçirir. O, onlarla kitab yazmış, 300-dən artıq tədris audio və videokurslar tərtib etmişdir. Onun tədris vəsaitləri dünyanın 35 dilinə tərcümə olunmuş və 52 ölkədə istifadə olunur.





    Brayanın qənaətinə görə hətta orta qabiliyyətli adam çox hissəsi istifadə olunmamış nəhəng yaradıcılq potensialına malikdir. Əgər o öz həyatında artıq uğur qazanmış insanların prinsiplərini, fəndlərini və startegiyalarını tətbiq etməyə başlasa, o zaman çox şeyə nail ola bilər.
    45 ölkədə 4 milyondan artıq insan məruzələrin köməyilə Brayanın ideyalarıyla tanış olmuşlar. O, mindən artıq kompaniyanın məsləhətçisi və treninq təşkilatçısı kimi çıxış etmişdir.
    Brayan Treysi ailə həyatında xoşbəxtdir, dörd uşaq atasıdır. Müvəffəqiyyətin psixologiyası sahəsi üzrə dünyanın aparıcı ekspertlərindən sayılır.

Brayan haqqında daha çox məlumat əldə edin- rəsmi veb saytı, feysbuk səhifəsi, youtube kanalı



Hiç yorum yok:

Yorum Gönder