Pages

17 Aralık 2015 Perşembe

Minlərlə kitab sadəcə 3.50 AZN


    Artıq dövrümüzdə istədiyiniz kitabı çox qısa bir müddətdə əldə etmək o qədər də çətin deyil.  İstər telefonda, istər kompüterdə, istərsə də planşetdə istədiyiniz kitabı axtarıb oxuya bilərsiniz. Hazırda bunun üçün yetəri sayda saytlar, telefon üçün tətbiqetmələr mövcuddur. Lakin bu kitabların əksəriyyəti ya ingilis, ya rus, ya da digər tanınmış dillərdə olur. Bəs öz dilimizdə olan kitabları ucuz və rahat yolla necə əldə edə bilərik?
    “Bookmate” minlərlə kitabı mobil cihaz üzərindən oxumaq üçün mobil tətbiqetmədir. Dünyada 3 milyondan artıq oxucusu və 500.000-dən artıq e-kitaba sahib kitabxanası var. Şirkətin əsası 2010-cu ildə Victor Frumkin və Simon Dunlop tərəfindən Londonda qoyulub. Bu tətbiqetmə vasitəsiylə sizə maraqlı olan kitabı endirə, öz kitabxananızı yarada və daha sonra istədiyiniz yerdə rahatca oxuya bilərsiniz. Hazırda bu tətbiqetməni İOS və Android platformasında rahatca əldə etmək mümkündür.

Qoşulmaq üçün:
-         Google Play və AppStore-dan Bookmate tətbiqetməsini yükləyin;
-         Tətbiqetməyə daxil olun və nömrənizi tətbiqetmədəki nömrəyazma yerinə daxil edin;
-         Mobil nömrənizə SMS ilə göndərilən kodu mobil tətbiqetmə üzərindən daxil edin.

Əlavə olaraq isə bu haqda www.azercell.com/bookmate ünvanından məlumat əldə edə bilərsiniz. Həmçinin bu ünvan vasitəsi ilə öz kitabxananıza daxil olub kitabları oxuya və ya əlavə edə bilərsiniz.


Hər bir abunəçi ilk dəfə qoşulduqda 1 həftə ərzində Bookmate-dən pulsuz istifadə edə bilər. Aylıq qoşulma isə sadəcə 3.50 AZN-dir. Qoşulma hər ay avtomatik olaraq yenilənəcəkdir.

Müəllif: Coşqun Səlimli

1 Aralık 2015 Salı

Dünyaca məşhur şirkətlərin gülməli sloqanları

Məşhur şirkətlərin  Clif Dickens  tərəfindən hazırlanmış gülməli sloqanları. Bu sloqanlar reallığı daha çox əsk etdirir.
Youtube:
Orjinalı: Broadcast yourself (özünü yayımla)
C.D: Don’t read the comments (Rəyləri oxuma)


Lay's
Orjinalı: Happiness is Simple (xoşbəxtlik sadədir)
C.D: Flavored air (aromalı hava)



Wikipedia
Orjinalı: The free encyclopedia (açıq ensiklopediya)
C.D: You’re welcome, college students (xoş gəlmisiniz, universitet tələbələri)



Gillete
Orjinalı: The best a man can get (kişinin əldə edə biləcəyi ən yaxşı şey)
C.D: We’re just going to keep adding more blades (biz sadəcə ülgüclərin sayını artırmaqda davam edirik)



Subway- 111 ölkədə fəaliyyət göstərən Amerikanın məşhur fast food restoranlar şəbəksidir.
Orjinalı: Eat fresh (təzə ye)
C.D: Let that bread smell soak into your clothes (icazə ver çörək iyi paltarına hopsun)



İtunes- Apple şirkətinin istehsalı olan pulsuz media pleyeridir.
Orjinalı: Your entertainment, everywhere (hər yerdə sizin əyləncəniz)
C.D: You have (not) read terms and conditions (şərtləri və qaydaları oxumadınız)



İnstagram
Orjinalı: Fast beautiful photo sharing (gözəl şəkillərin sürətli paylaşımı)
C.D: Mask bad photos with filters (pis şəkilləri filterlərlə kamuflyaj edin)


Pepsi:
Orjinalı: Out of the Blue (bu ifadə qəflətən gələn xoşbəxtliyi ifadə edir)
C.D: When there is no Coke (Cola olmadığı zaman)


Adobe Acrobat
Orjinalı: Everywhere you look (baxdığınız hər yerdə)
C.D: Would you like to update? (yeniləmək istəyirsinizmi?)


McDonald's
Orjinalı: I’m lovin’ it (mən bunu sevirəm)
C.D: Because you only have $4 (çünki sadəcə 4 dolların var)




Netflix- Dünyanın bir çox ölkəsində internet vasitəsiylə media təminatçılığı edən bir şirkətdir.
Orjinalı: Xüsusi sloqanı yoxdur
C.D: Spend more time searching than actually watching (izləməyə sərf etdiyiniz vaxtdan daha çox axtarışa sərf edin)





21 Eylül 2015 Pazartesi

Periscope nədir?



Yəqin ki, hər biriniz “Periscope”-nin adını, ən azından, eşitmisiniz. Son günlərdə aktual olan bu sosial şəbəkə haqqında qısaca məlumat vermək istəyirəm.
Periscope əsası  Kayvon Beykpour və Joe Bernstein tərəfindən qoyulan canlı video yayımla proqramıdır. Proqram iOS 7.1 və Android 4.4 və daha üst formalarında çalışır. Periscope vasitəsiylə dostlarınıza və ya hər kəsə ne etdiyinizi, harada olduğunuzu canlı olaraq göstərə bilərsiniz. Videonuzu istəyinizdən asılı olaraq hər kəs üçün açıq edə və ya yalnızca dostlarınız üçün görünəcək şəkildə yayımlaya bilərsiniz. Videonu izlərkən təşəkkür və ya bəyənmə əlaməti olaraq “ürək” işarələrini ekrana toxunaraq göndərmək olar. Videonu izləyənlər eyni zamanda rəy yazaraq fikirlərini bildirə bilərlər.



  2015-ci ilin mart ayında dünyanın ən böyük sosial şəbəkələrindən olan Twitter “Periscop”-u 100 milyon dollara satın alır. Periscope istifadəçiləri Twitter vasitəsiylə digər istifadəçilərin onların videolarını izləmələrinə icazə verə bilər. “Periscope”də qeydiyyatdan keçərkən Twitter profilinizin olması kifayət edir. Profil şəkliniz və digər məlumatlar Twitter hesabınızdan götürülür.




10 Temmuz 2015 Cuma

Dünyanın ən məşhur şokoladı

                               
    Adı, forması və dadı ilə məşhur olan İçveçrə brendi “Toblerone” şokoladı hər zaman diqqət çəkən və bahalı bir marka olaraq tanınır. Bir çox filimlərdə, hədiyyə paketlərində tez-tez tobleroneni görmək mümkündür.


    Şokoladın adı “Tobler” və italyan dilində qoz halvası(nuqa) mənasına gələn “torrone” sözlərindən götürülüb. Tobleronenin Tərkibi bal, badam, şokolad və qoz halvasından ibarətdir və indiyə qədər dəyişdirilməyib. Tobleroneni tanıdan bir xüsusiyyəti də dünyanın ilk üçbucaq formalı şokoladı olmasıdır. Bu formanı Theodor Tobler Matterhorn dağından ilhamlanaraq yaradıb. Dağın üzərindəki ayı şəkli isə şokoladın yaradıldığı şəhəri simvolizə edir.
1920-ci ildə Tobleronenin üzərindəki qartal şəkli Bern şəhərinin simvolu olan ayı ilə əvəz olunur. 1930-cu ildə ayı şəkli yenidən qartalla əvəz olunur, çünki həmin vaxt İsveçrədə məhsulların üzərində ölkənin simvollarının olmasına icazə verilmirdi.



Tarixi

    Hər şey  Theodorun atası Jean Toblerin 1868-ci ildə Bern şəhərində özünə qənnadı dükanı açması ilə başlıyır. Jean Tobler başqa istehsalçılardan aldığı məhsullarla şokolad istehsal edirdi.
Jean Tobler

1899-cu ildə oğlu Theodor ilə birlikdə şəxsi “Fabrique de Chocolat Berne, Tobler & Cie” adlı şokolad fabrikini açır, 1900-cü ildə isə şirkətin idarəsini Theodora verir.
Theodor Tobler 1908-ci ildə yaxın qohumu Emil Baumann ilə birlikdə Tobleroneni yaradır. 1909-cu ildə isə patentini alaraq istehaslına başlayır.


 1969-cu ildə ilk qara şokoladlı toblerone satışa çıxarılır.


1973-cü ildə ağ şokoladlı toblerone satışa çıxarılır.

2008-ci ildə şirkətin 100 illiyi qeyd olunur.
    Bu gün toblerone dünyanın 120-dən çox ölkəsində satılır. Firma hər zaman səviyyəsini qoruduğu kimi qiymətini də buna uyğun olaraq yüksək tutur. Ölçüsündən asılı olaraq qiyməti 150 dollara qədər dəyişir.



Reklam videosu:


12 Nisan 2015 Pazar

Əfsanəvi Porsche avtomobili haqqında bilmədiklərimiz

     Porsche kompaniyasının loqosu paytaxtı Ştutqart olan keçmiş Veymar Almaniyasının Vürtemberq Azad Xalq Dövlətinin gerbi əsasında yaradılıb. Ferrari ile loqo bənzərliyi:Hər iki loqodakı at bir birinə çox bənzəyir. Belə ki, Porschenin loqosundakı at Ştuttgart şəhərinin rəmzidir. Ferraridə təsvir olunan atın da əslində Ştuttqart şəhəri ilə bağlılığı var. Belə ki, bu at BDM də Ştuttqart səmasında vurulan pilotun şərəfinə həmin pilotun anasının istəyi ilə uğur rəmzi olaraq təsvir olunub.   

  Porsche 356
    Porsche ilk dəfə sport avtomobillərini sadəcə yarışlarda deyil həmçinin yollarda sürmə imkanı yaratdı. Bu Porsche 356 modeli olmuşdur ki, bu model həmçinin  Innsbruckda keçirilən Hillclimb yarışının qalibi olmuşdur. Müharibədən sonrakı Almaniyada ehtiyyat hissələri kasad idi və buna görə də 356 avtomobil modeli bir çox hissələrini Folksvagen Bitl avtomobilindən götürürdü.

Porsche 911
    1964-cü ildə 550 Spayder modeli və əsaslı yenidən dizayna ehtiyacı olan 356 modeli də daxil olmaqla digər modellərlə avtomobil yarışlarında qazandığı böyük uğurlardan sonra şirkət hava-soyuducu sistemli, altı silindirli , arxa-motorlu idman avtomobili Porsche 911-i yaratdı.
    Porsche 911 modelinin adı ilə bağlı Peugeot avtomobil firması ilə problemlər yaşandı. Belə ki, 911 modelinin ilk adı 901 olmuşdur ki, marka adındakı 0 reqemi yalnız Peugeot  markalı maşınlarda istifadə oluna bilər. Bu Peugeot markasının ənənəvi adlandırma forması olduğundan sonradan Porshe modelin adını 911 olaraq dəyişdi.

Porsche 917
    Porsche 917 modeli: bu model haqqında hətta bugünkü yarış avtomobillərini belə məhv edə bilər deyimi vardır ki, bu avtomobilin sürəti 240 mil/ saata qədər yüksələ bilir ki, buda 1100 at gücü ilə müqayisə edilir. İlk 25 Porsche 917 modeli “secretary cars” adlanırdı. Çünki bu 25 avtomobili katiblər hazırlayıblar.


    Ferdinand Porsche 1899-cu ildə ilk dəfə hibrid (elektrikli) motoru kəşf etmişdir.
    F. Porsche həmçinin kiçik ölçülü avtomobillərin yarışlarda daha sürətli və güclü ola biləcəyini isbat etdi. O, zengin bir rejissorun telebi ile Sascha modelini dizayn etdi ki, bu avtomobil yarış avtomobili olaraq kifayət qədər kiçikölçülü idi.  Lakin buna baxmayaraq bu model 1922-ci ildə əfsanəvi Targa Florio yarışıda daxil olmaqla 43 yarışın qalibi oldu.



    Ferdinand Porsche əfsanəvi  Auto Union Grand Prix avtomobilini dizayn etdi ki, bu avtomobil Hans Stuck və Tazio Nuvolari kimi öz nəslinin ən yaxşıları ilə birlikdə yarışlarda hətta rəqibsiz sayılırdı.

    Ferdinand Porsche 1939-cu ildə  Mercedes-Benz 80 tipli dünyanın ən sürətli avtomobilini hazırladı.
    Porsche  4 təkərli F1 maşınlarını inkişaf etdirdi. Porsche 360 Cisitalia 200 mil/saatdan çox  sürətə malik avtomobil modeli olsa da, bu model sahiblərin maliyyə çatışmazlığı və qaydalar səbəbilə yarışda iştirak etmədi.

    1986 Porsche 944 standart avadanlıq kimi bir sərnişin hava yastığı ilə ABŞ-da satılan ilk avtomobil idi.
    Porsche 959 Paris-Dakar rallisini, demək olar ki, dünyadaki ən çətin yarışın qalibi oldu.
Porsche Carrera dünyanın ən gözəl motor səsinə malik, həmçinin Porschenin bugüədək istehsal etdiyi ən güclü motora malik avtomobili.
    2013-cü ildə Porsche öz satışlarını 15% artırdı və satış sayını 162,145-ə qaldırmışdır. Ən çox satış Amerika bazarında qeydə alındı.  Ən çox satılan model isə 84 min ədəd Porsche Cayenne olmuşdur.
    2013-cü ildə Porsche öz satışlarını 15% artırdı və satış sayını 162,145-ə qaldırmışdır. Ən çox satış Amerika bazarında qeydə alındı.  Ən çox satılan model isə 84 min ədəd Porsche Cayenne olmuşdur.
Porsche muzeyi – ilk dəfə 1976-cı ildə Ştuttqartda açılmış Porsche muzeyi, 2009-cu ilin yanvarında yenidən bərpa olundu.


Müəllif: Aynur Kərimli








7 Nisan 2015 Salı

“Google”nin “doodle”ları və zarafatları

    

    Doodlelar  tətil günlərini və il dönüşlərində qeyd etmək, məşhur sənətçiləri, ixtiraçı və elm adamlarını xatırlamaq məqsədilə Google loqosunda edilən əyləncəli, çaşdırıcı və bəzən də spontan dəyişikliklərdir.
İlk Doodle fikri necə yarandı?
    Doodle anlayışı ilk olaraq 1998-ci ildə şirkət hələ anonim şirkət olmadan əvvəl Googlenin qurucuları Larry və Sergeyin Nevada çölündəki Burning Man festivalına qatıldıqlarını göstərmək üçün şirkət loqosunu dəyişdirmələri ilə yarandı. Google sözündəki ikinci "o" hərfinin arxasına bir zibildən adam şəkili yerləşdirdilər. Loqonun bu dəyişdirilmiş halı şirkət sahiblərinin "şirkət xaricində" olduqlarını Google istifadəçilərinə komik bir şəkildə bildirmişdi. İlk doodle digərlərinə görə sadə olsa da, əhəmiyyətli fəaliyyətləri qeyd etmək üçün şirkət loqosunu bəzəmə fikri yaranmış oldu.
ilk doodle

    İki il sonra 2000-ci ildə Larry və Sergey o zamanki veb meneceri və eyni zamanda şagird olan Dennis Hwangdan Bastille Günü üçün bir doodle yaratmasını istədilər. İstifadəçilər bunu o qədər çox bəyəndi ki, Dennis Googledə doodlelardan məsul şəxs təyin edildi və doodlelar Googlenin ana səhifəsində getdikcə daha nizamlı bir şəkildə görülməyə başladı.

    Zamanla ABŞ-da və digər ölkələrdə doodlelara olan tələb artdı. Bu gün doodleları yaratmaqdan artıq qabiliyyətli rəssamlar (bunlara doodlecılar deyilir) və mühəndislər məsuliyyət daşıyır. Onlar doodle meydana gətirmək, Googlenin ana səhifəsini canlandırmaq və bütün dünyada Google istifadəçilərini gülümsədə bilmək üçün qrup olaraq səylə çalışırlar. Qrup indiyə qədər dünyanın hər yerindəki ana səhifələr üçün 2000-dən çox doodle meydana gətirmişdir.
     Bir qrup Google işçisi hansı fəaliyyətin doodle ilə qeyd olunacağına qərar vermək üçün nizamlı olaraq bir araya gəlirlər. Doodle fikirləri Google işçiləri və Google istifadəçiləri ilə birlikdə bir çox qaynaqdan alınır.
 Google istifadəçiləri doodle üçün fikirlərini necə göndərə bilər?
    İstifadəçilərdən gələn fikirlər doodle qrupunu hər zaman həyəcanlandırır. İstifadəçilər bir sonrakı Google doodle üçün fikirlərini e-mail vasitəsiylə proposals@google.com ünvanına göndərə bilər. Qrup hər gün yüzlərlə istək mesajı aldığından təəssüf ki, hər istəyə cavab verə bilmir. Ancaq hamısını oxuduğundan əmin ola bilərsiniz.

Googlenin zarafatları
    Google ənənəvi olaraq 1 Aprel zarafatları edir. 2000-ci ildə MentalPlex zarafatında zehin gücü ilə internetdə axtarış edilmənin mümkün olacağını qarşıya qoymuşdu. 2007-ci ildə Google Gmail ana səhifəsindən Gmail Paper elanı etdi. Buna görə istifadəçi electron poçtları çap ediləcək və özlərinə göndəriləcəkdi. 2008-ci ildə Google Gmail Custom Time elanı etdi, buna görə istifadəçilər e-məktubun göndərildiyi zamanı dəyişə biləcəkdilər.
                                                   Gmail Paper zarafatı 

    Topeka şəhərinin valisi Googlenin Google Fiber Layihəsi haqqındakı qərarına təsir edə bilmək üçün şəhərin adını bir müddətə Google olaraq dəyişdirmişdi . Google buna qarşılıq olaraq 2010-ci ildəki zarafatında adını müvəqqəti olaraq Topeka şəklində dəyişdirdi. 2011-ci ildə Gmail Motion elanını etdi. Bu xidmətlə Google kamera ilə istifadəçilərin Gmail hesabına bədən hərəkətləri vasitəsilə nəzarət etmə imkanını təmin edəcəkdi.

    Google Mapsdə geniş su kütlələri ilə ayrılmış iki nöqtə arasında, məsələn Tokio və Los Angeles arasında yol soruşulduğunda, "Sakit okeanını xizək edərək dolan" şəklində bir təsvir görülə bilər. 2010 FIFA Dünya Kuboku müddətində, "Dünya Kuboku", "FIFA" və s. axtarışlarda altdakı səhifə siyahısı "Goooo ... gle" şəklində deyil "Goooo ... al!" şəklində meydana çıxmışdır. 

22 Mart 2015 Pazar

Evinizi oğrulardan qorumağın effektiv yolu


    Axşam vaxtı televizorlar parıltılı, rəngarəng və titrəyən işıqları ətrafa saçır. Bu effetktlər pəncərəyə baxdıqda daha aydın görünür. Televizorun işləməsi evdə kiminsə olduğu mesajını verir və bu oğruların yayınmasına səbəb olur. Statistikaya görə oğruluq daha çox boş olan evlərdə baş verir. Lakin indi boş evlərin də oğruluqdan qurtulmaq şansı var.
    Evdən çıxarkən televizoru işlək saxlamaq oğruları kənar tutmağın ən sadə və təsirli yollarındandır. Lakin televizorun uzun müddət işləməsi həm əlavə enerji istehlakıdır, həm də uzun müddət evdən kənarda qaldığınız zaman işıqların sönməsi oyunun bitməsinə səbəb ola bilər.

    Bu problemin həlli məşhur yazıçı və eyni zamanda mühəndis olan Blaine C. Readler tərəfindən tapılıb. O, müxtəlif TV proqramların, reklamların yaratdığı işıq effektlərini təqlid edən bir cihaz yaratdır. Bu cihaz hava qaralan zaman işə düşür və 4-7 saat işləyir. Readler cihazı təkminləşdirmək üçün yüzlərlə proramı izləyir və apardığı çoxsaylı sınaqlardan sonra cihazı təbii rəng effektləri və dinamik hərəkətlər yaradan bir hala gətirir. Bu cihaz Saxta TV (Fake TV) adlanır.

    Readler ilk dəfə 2008-ci ildə araşdırmalarına başlayarkən enerjiyə qənaət edən və televizora nəzərən daha uzunömürlü bir cihaz yaratmaq istəyirdi.2010-cu ildən bəri satışa çıxarılan bu cihazdan dünyada 200.000-dən çox satılıb. Qiyməti isə 29.95 dollardır.



Saxta TV(Fake TV) əldə et

              





17 Mart 2015 Salı

Velcro nədir və necə yarandı?

                    
    Ayaqqabıda, çantada, paltarda və bir çox yerlərdə tez-tez rast gəlinən, hər birimizin “cırt cırt” adı ilə tanıdığı halqaları və qarmaqları olan lentlərdən ibarət məhsulu tanımamaq mümkün deyil. Velcro isə bu məhsulu ilk dəfə hazırlayan və satışını həyata keçirən şirkətdir. Velcro iki fransız sözünün(velours(məxmər) və crochet(qarmaq)) birləşməsindən yaranıb. Şirkətinin mərkəzi ABŞ-da yerləşir.



                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           “Cırt cırt” lentlərinin yaranması maraqlı bir hadisə nəticəsində baş verib. İsveçrəli elektrik mühəndisi olan Corc de Mestral 1948-ci ildə iti ilə gəzintiyə çıxır və evinə qayıtdıqda gördüyü şey onu çox təəccübləndirir. Həm Corcun həm də itinin üzərinə çoxlu sayda at pıtrağı otu yapışıb qalmışdı. Corc bu hadisənin səbəbini öyrənmək üçün otu mikroskop altında araşdırır və çoxlu sayda qarmaqlarının olduğunu görür. Bu qarmaqlar otun toxunduğu parçaya yapışmasına səbəb olurdu.




     Bu hadisədən sonra Corc heç gecikmədən yeni kəşfinin istehsalına başlamağa qərar verir. 1955-ci ildə o, ixtirasının patentini alır və öz fabrikini qurur. Parçaların təkminləşdirilməsi üçün fransız bir toxucunu işə götürür və 1950-ci illərin sonunadək məhsulun praktik istifadəsinin sadələşdirilməsi aparılır. Bir neçə il sonra isə ildə təqribən 60 milyon metr parça satan nəhəng şirkətə çevrilir.

                         

                                             

    İlk əvvəl “cırt cırt”lar pambıqdan hazırlanırdı, lakin bunun efektiv olmadığını görəndən sonra neylon və poliefirdən istifadə olunmağa başlandı.


    Bu gün istər tibb, istər geyim, istərsə də oyuncaq sənayesində ən çox tələb olunan məhsullar içərisində “cırt cırt” aparıcı yerlərdən birini tutur.