Pages

22 Mart 2015 Pazar

Evinizi oğrulardan qorumağın effektiv yolu


    Axşam vaxtı televizorlar parıltılı, rəngarəng və titrəyən işıqları ətrafa saçır. Bu effetktlər pəncərəyə baxdıqda daha aydın görünür. Televizorun işləməsi evdə kiminsə olduğu mesajını verir və bu oğruların yayınmasına səbəb olur. Statistikaya görə oğruluq daha çox boş olan evlərdə baş verir. Lakin indi boş evlərin də oğruluqdan qurtulmaq şansı var.
    Evdən çıxarkən televizoru işlək saxlamaq oğruları kənar tutmağın ən sadə və təsirli yollarındandır. Lakin televizorun uzun müddət işləməsi həm əlavə enerji istehlakıdır, həm də uzun müddət evdən kənarda qaldığınız zaman işıqların sönməsi oyunun bitməsinə səbəb ola bilər.

    Bu problemin həlli məşhur yazıçı və eyni zamanda mühəndis olan Blaine C. Readler tərəfindən tapılıb. O, müxtəlif TV proqramların, reklamların yaratdığı işıq effektlərini təqlid edən bir cihaz yaratdır. Bu cihaz hava qaralan zaman işə düşür və 4-7 saat işləyir. Readler cihazı təkminləşdirmək üçün yüzlərlə proramı izləyir və apardığı çoxsaylı sınaqlardan sonra cihazı təbii rəng effektləri və dinamik hərəkətlər yaradan bir hala gətirir. Bu cihaz Saxta TV (Fake TV) adlanır.

    Readler ilk dəfə 2008-ci ildə araşdırmalarına başlayarkən enerjiyə qənaət edən və televizora nəzərən daha uzunömürlü bir cihaz yaratmaq istəyirdi.2010-cu ildən bəri satışa çıxarılan bu cihazdan dünyada 200.000-dən çox satılıb. Qiyməti isə 29.95 dollardır.



Saxta TV(Fake TV) əldə et

              





2 yorum:

  1. Daha sade bir yol var,televizora resm yapisdirmaq ve yanina isig fanarini yandirib qoymaq.

    YanıtlaSil
  2. Daha sade bir yol var,televizora resm yapisdirmaq ve yanina isig fanarini yandirib qoymaq.

    YanıtlaSil