Pages

19 Nisan 2016 Salı

Bu qələmi mənə sat


Bu qələmi mənə sat – Məşhur The Wolf of Wall Street kinosundakı bu səhnə və həmin sualın “mənə bir yaxşılıq et, salfetə mənim üçün adını yaz” cavabı ilə hər kəs tanışdır. Bu sual illərdir, adətən, satış üzrə vakansiyaya müraciət edən bir çox müsahiblərdən soruşulur. Məqsəd qələmi satmaq deyil, şəxsin satışa necə yanaşması və onun kreativliyini ölçməkdir. Burada qələm şərti obyektdir. Sizdən masanı, pencəyi və.s digər əşyaların satılması da tələb oluna bilər. Yaxşı olar ki, bu suala əvvəlcədən hazırlıqlı olasınız və ümid edirəm ki, bu yazımın sizə müəyyən qədər faydası toxunar.
        
          Mənə görə dünyada ən böyük bacarıq satış bacarığıdır. Düşünün əgər satışı yaxşı bacarsaq, pulumuz hər zaman olacaq, çünki istənilən məhsulu sata bilirik. İşə düzəlməyin özü belə satışın bir növüdür. Bu zaman biz bacarıqlarımızı və ya biliyimizi satırıq. İşə düzələn zaman ilk öncə işəgötürənin ehtiyaclarını öyrənirik ki, nə cür bir işçiyə ehtiyacı var və sonra özümüzü həmin ehtiyacları qarşılayacaq işçi kimi təqdim edirik. Məhsul satışı da məhz belə baş verir. İlk öncə müştərinin tələbatı öyrənilir sonra isə məhsul onun istəklərini təmin edəcək bir şəkildə təqdim edilir.

Bu qələmi mənə sat sualına cavab verən zaman 4 əsas şeyi bilmək lazımdır:
1.     Müştərinin ehtiyacları barədə məlumat toplamaq
Ediləcək ən böyük səhv qələmə fokuslanmaqdır. Yəni qələmi satmaq üçün onu tərifləmək nəticə verməyəcək. Bu qələm heç zaman qırılmır, bu qələmin hər iki tərəfi ilə yazmaq olar, bu dünyadakı ən ucuz qələmdir və.s kimi cavablar satışa səbəb olmur. Əgər heç bir zaman qələmimin qırılması ilə bağlı problemim olmayıbsa, bu cavab məndə qələmi almaq üçün istək yaratmayacaq. İlk olaraq müştərinin ehtiyaclarını, yəni nə cür bir qələmə ehtiyacı olduğunu, hansı tezliklə ona ehtiyac duyduğunu və.s öyrənək.

2.     Müştəriyə informasiya vermək
Artıq müştərimizin istəkləri barədə məlumatlıyıq və bu mərhələdə onun istəklərinə cavab verəcək məhsul haqqında informasiya verməliyik. Əgər müştərimiz qələmdən tez-tez istifadə edirsə, ona mürəkkəbi gec qurtaran birini, əgər xüsusi anlarda, məsələn, müqavilə imzalayarkən istifadə etdirsə, ona xüsusi qabı və dizaynı olan bir qələm təklif etmək daha düzgün olar.

3.     Qələmin satışının yüksək olduğunu və onun məhdud sayda olduğunu göstərmək.
Hər birimiz son tarix(deadline) qeydini qeydiyyat zamanı, endirim və ya bonus kimi kampaniya olan hallada görürük. “Əgər kampaniyadan çox qazanırlarsa, niyə bunu iki yox bir ay davam etdirirlər?” kimi sualı özümüzə vermişik. Səbəb isə çox sadədir- məhdudluq hissini yaratmaq. İnsanlar bir şeyin tükənəcəyini hiss etdikdə ona meyl etməyə başlayırlar. Mən ehtiyacı olmadığı halda sırf endirimdə olduğu üçün özünə paltar və ya digər geyim şeyləri alan çoxlu sayda insan tanıyıram. Qələmin satış həcmi və eyni zamanda əlinizdə bu qələmdən çox az sayda qaldığını göstərməyiniz ona tələbat yaradacaq.

4.     Satış üçün təklif etmək.

          Əgər bu mərhələyə qədər hər şey yolundadırsa, artıq sadəcə qiymət təklif etməyiniz qalır. Satdığınız məhsula zəmanət verməyiniz də sizə olan inamı artırmaq baxımından çox mühümdür.  

31 Ocak 2016 Pazar

Dünyanın ən böyük neft şirkətləri


Dünya iqtisadiyyatının əsasını təşkil edən əsas sahələrdən biri də neft sektoudur. Neft hasilatı və ixracı çox olan dövlətlərin iqtisadiyyatı digər bəzi ölkələrə nisbətən daha da güclüdür. Türkiyə dövləti ölkələrin neft hasilatına və gücünə görə neft şirkətlərinin siyahısını hazırlayıb. İndi isə sizlərə dünyanın öndə gələn neft şirkətləri və ilk 5-lik haqqında məlumat verəcəyik.

1.”Saudi Aramco” - Səudiyyə Ərəbistanı neft şirkətidir. Gəlirlərinə, həcminə və hasilatına görə dünyada 1-ci yerədir. 1933-cü ildə təsis edilib. Şirkət 1988-ci ilin noyabr ayında «Arabian American Oil Company (Ərəb Amerikan Neft Şirkəti)» adını «Saudi Arabian Oil Company (Səudiyyə Ərəbistanı neft şirkəti)» olaraq dəyişdirmişdir. “Şirkətin dəyərinin 1.25 – 7 trilyon dollar arasında olduğu hesab edilir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barel (544 milyon ton) təşkil etmişdir. Şirkətin rəsmi web saytı 2012-ci ildə haker hücumlarına məruz qaldı və bir həftədən uzun bir müddət ərzində bağlı olmuşdu. “Saudi Aramco” Səudiyyə Ərəbistanı neft ehtiyyatlarının 99%-ni təşkil edir. Şirkətin baş qərargahı Zəhran şəhərində yerləşir. İdarə heyəti başçısı – Xalid. Ə. Əl-Fəlihdir. Əl-Fəlih eyni zamanda Səudiyyə Ərəbistanının səhiyyə naziridir. 
Şirkətin rəsmi web saytı:  www.saudiaramco.com

2.”Gasprom” – Rusiyanın üç ən böyük neft şirkətlərindən (digəri ikisi “Lukoil” və “Rosneft”) biridir. 1988-ci ildə təsis edilib. Avropa bazarında payı 27%-dir. “Gasprom” sədri Dimitri Medvedevin təxminlərinə görə 2017-ci ildən etibarən “Gasprom”un hissə dəyəri bir trilyon dollara çatacaq və bu da onu dünyanın ən böyük  neft şirkəti edəcək. Şirkət Rusiyanın “Zenit St. Petersburg” və Almaniyanın “FC Schalke 04” klublarının baş sponsorudur. Qərargahı Moskva şəhərində yerləşir. 
Rəsmi web saytı: www.gasprom.ru

3.”National İranian Oil Company” – İran neft şirkəti olan “NİOC” “Gasprom” və “Saudi Aramco”dan sonra dünyada 3-cü yerdədir. 1948-ci ildəyaradılıb. Şirkətin sədri B.N.Zəngadehdir, Baş icraçı direktoru isə  R.Cavadidir. Neft şirkətinin gəliri 2012-ci ildə 110 milyard dollar, işçilərinin sayı isə 2011-ci ilin statistikasına əsasən 41.000 nəfər olmuşdur. “NİOC”un baş qərargahı İranın Tehran şəhərində yerləşir. 
Rəsmi web saytı: www.NIOC.ir

4.”ExxonMobil”(tam adı - Exxon Mobil Corporation) – Amerikan neft şirkətidir. Şirkətin əsası 30 noyabr 1999-cu ildə “Exxon” və “Mobil” neft şirkətlərinin birləşməsi nəticəsində qoyulmuşdur. Şirkət 2013 “Forbes Global 2000” siyahısına görə 5-ci olmuşdur. Şirkətin sədri və idarə heyəti başçısı 63 yaşındakı Rex Tillersondur. Qərargahı isə Amerikanın Teksas ştatının İrvinq şəhərindədir. 
Rəsmi web saytı: www.exxonmobil.com

5.”PetroChina”(tam adı “Petro China Company Ltd.) – Çin neft şirkətidir. Əsası 1999-cu ildə qoyulmuşdur. 2010-cu ilin 16 iyulunda Dalyan şəhərində şirkətə məxsus neft kəməri partladı və nəticədə şirkət çoxlu itkilər verdi. Yanğını 15 saat söndürmək mümkün olmadı. Su səthinin isə 430 kvadrat kilometrlik  sahəsi çirkləndi. Şirkətin baş qərargahı Çinin Pekin şəhərindədir. Şirkətin başçısı Zhou Jipinqdir. 
Rəsmi web saytı: www.petrochina.com.cn


Müəllif: Coşqun Səlimli