Pages

31 Ocak 2016 Pazar

Dünyanın ən böyük neft şirkətləri


Dünya iqtisadiyyatının əsasını təşkil edən əsas sahələrdən biri də neft sektoudur. Neft hasilatı və ixracı çox olan dövlətlərin iqtisadiyyatı digər bəzi ölkələrə nisbətən daha da güclüdür. Türkiyə dövləti ölkələrin neft hasilatına və gücünə görə neft şirkətlərinin siyahısını hazırlayıb. İndi isə sizlərə dünyanın öndə gələn neft şirkətləri və ilk 5-lik haqqında məlumat verəcəyik.

1.”Saudi Aramco” - Səudiyyə Ərəbistanı neft şirkətidir. Gəlirlərinə, həcminə və hasilatına görə dünyada 1-ci yerədir. 1933-cü ildə təsis edilib. Şirkət 1988-ci ilin noyabr ayında «Arabian American Oil Company (Ərəb Amerikan Neft Şirkəti)» adını «Saudi Arabian Oil Company (Səudiyyə Ərəbistanı neft şirkəti)» olaraq dəyişdirmişdir. “Şirkətin dəyərinin 1.25 – 7 trilyon dollar arasında olduğu hesab edilir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barel (544 milyon ton) təşkil etmişdir. Şirkətin rəsmi web saytı 2012-ci ildə haker hücumlarına məruz qaldı və bir həftədən uzun bir müddət ərzində bağlı olmuşdu. “Saudi Aramco” Səudiyyə Ərəbistanı neft ehtiyyatlarının 99%-ni təşkil edir. Şirkətin baş qərargahı Zəhran şəhərində yerləşir. İdarə heyəti başçısı – Xalid. Ə. Əl-Fəlihdir. Əl-Fəlih eyni zamanda Səudiyyə Ərəbistanının səhiyyə naziridir. 
Şirkətin rəsmi web saytı:  www.saudiaramco.com

2.”Gasprom” – Rusiyanın üç ən böyük neft şirkətlərindən (digəri ikisi “Lukoil” və “Rosneft”) biridir. 1988-ci ildə təsis edilib. Avropa bazarında payı 27%-dir. “Gasprom” sədri Dimitri Medvedevin təxminlərinə görə 2017-ci ildən etibarən “Gasprom”un hissə dəyəri bir trilyon dollara çatacaq və bu da onu dünyanın ən böyük  neft şirkəti edəcək. Şirkət Rusiyanın “Zenit St. Petersburg” və Almaniyanın “FC Schalke 04” klublarının baş sponsorudur. Qərargahı Moskva şəhərində yerləşir. 
Rəsmi web saytı: www.gasprom.ru

3.”National İranian Oil Company” – İran neft şirkəti olan “NİOC” “Gasprom” və “Saudi Aramco”dan sonra dünyada 3-cü yerdədir. 1948-ci ildəyaradılıb. Şirkətin sədri B.N.Zəngadehdir, Baş icraçı direktoru isə  R.Cavadidir. Neft şirkətinin gəliri 2012-ci ildə 110 milyard dollar, işçilərinin sayı isə 2011-ci ilin statistikasına əsasən 41.000 nəfər olmuşdur. “NİOC”un baş qərargahı İranın Tehran şəhərində yerləşir. 
Rəsmi web saytı: www.NIOC.ir

4.”ExxonMobil”(tam adı - Exxon Mobil Corporation) – Amerikan neft şirkətidir. Şirkətin əsası 30 noyabr 1999-cu ildə “Exxon” və “Mobil” neft şirkətlərinin birləşməsi nəticəsində qoyulmuşdur. Şirkət 2013 “Forbes Global 2000” siyahısına görə 5-ci olmuşdur. Şirkətin sədri və idarə heyəti başçısı 63 yaşındakı Rex Tillersondur. Qərargahı isə Amerikanın Teksas ştatının İrvinq şəhərindədir. 
Rəsmi web saytı: www.exxonmobil.com

5.”PetroChina”(tam adı “Petro China Company Ltd.) – Çin neft şirkətidir. Əsası 1999-cu ildə qoyulmuşdur. 2010-cu ilin 16 iyulunda Dalyan şəhərində şirkətə məxsus neft kəməri partladı və nəticədə şirkət çoxlu itkilər verdi. Yanğını 15 saat söndürmək mümkün olmadı. Su səthinin isə 430 kvadrat kilometrlik  sahəsi çirkləndi. Şirkətin baş qərargahı Çinin Pekin şəhərindədir. Şirkətin başçısı Zhou Jipinqdir. 
Rəsmi web saytı: www.petrochina.com.cn


Müəllif: Coşqun Səlimli





Hiç yorum yok:

Yorum Gönder