Pages

15 Mart 2015 Pazar

Milyonlar qazandıran Slinky


    
    Adının nə olduğunu bilməsə də uşaq vaxtı hər kəsin sevdiyi bir oyuncaq halına gələn düyaca məşhur Slinky oyuncağının olduqca maraqlı bir tarixçəsi var. İlk baxışda sadə görünən bu oyuncaq dəniz mühəndisi Riçard Tomson Ceyms(Richard Thompson James) tərəfindən XX əsrin 40-cı illərinin əvvəllərində kəşf olunub. ABŞ-ın Pensilvaniya ştatının rəsmi oyuncağ olan Slinkynin satışından 250 milyon dollardan çox gəlir əldə edilib.
    1943-cü ildə Riçard hərbi dəniz gəmilərində həssas gəmi alətlərini təxirə salmaq üçün çalışırdı. Əlində olan yay təsadüfən yerə düşür və Riçard onun necə əyildiyini və hərəkət etdiyini görür. Bundan sonra onun ağlına möhtəşəm bir oyuncaq olan Slinkyni yaratmaq gəlir.




500 dollar borc əldə edərək o, yay hazırlayan maşınların təkminləşdirilməsi ilə məşğul olur. “James Spring & Wire Company” adlı şirkəti quraraq Slinkynin kütləvi istehsalına başlayır. Oyuncağın adı isə arvadı Betti  Ceyms(Betty James) tərəfindən qoyulur.

    Məhsulun ilk dəfə tanıdılmasını Riçard bir dostundan xahiş etmişdi. Slinkynin uğursuz olacağından çox narahat idi, lakin 90 dəqiqə ərzidə qiyməti 1 dollar olan bu oyuncaqdan 400 ədəd satılır.
   1960-cı ildə Riçard Ceyms Bettini tərk edərək Bolivyadakı “Wycliffe Global Alliance” adlı ittifaqa qoşulur. Bundan sonra Betti şirkətin baş icraçı direktoru(CEO) vəzifəsini icra edir. Riçard 1974-cü ildə 60 yaşında Bolivyada vəfat edir.
   2001-ci ildə oyuncaq sənayesinə verdiyi töhfəyə görə Bettinin adı  Toy Industry Hall of Fame”ə daxil edilir. 2008-ci il 20 noyabrda Pensilvaniya Universitetinin xəstəxanasında 90 yaşında vəfat edir.

    Vyetnam müharibəsi zamanı ABŞ əsgərləri Slinkydən radio antenaların diapazonunu artırmaq üçün istifadə edirdilər. Slinkydən NASA-nın kosmik tədqiqatları zamanı da istifadə olunur. 1945-ci ildən indiyə qədər Slinkynin hazırlanması üçün 50.000 tondan çox məftil istifadə olunub ki bu da ekvatoru 121 dəfə dövr etməyə bəs edir. Reklam tarixinin ən uzun mahnısı da Slinkiyə məxsusdur.

Slinkynin reklam videosu:


Hiç yorum yok:

Yorum Gönder