Pages

10 Temmuz 2015 Cuma

Dünyanın ən məşhur şokoladı

                               
    Adı, forması və dadı ilə məşhur olan İçveçrə brendi “Toblerone” şokoladı hər zaman diqqət çəkən və bahalı bir marka olaraq tanınır. Bir çox filimlərdə, hədiyyə paketlərində tez-tez tobleroneni görmək mümkündür.


    Şokoladın adı “Tobler” və italyan dilində qoz halvası(nuqa) mənasına gələn “torrone” sözlərindən götürülüb. Tobleronenin Tərkibi bal, badam, şokolad və qoz halvasından ibarətdir və indiyə qədər dəyişdirilməyib. Tobleroneni tanıdan bir xüsusiyyəti də dünyanın ilk üçbucaq formalı şokoladı olmasıdır. Bu formanı Theodor Tobler Matterhorn dağından ilhamlanaraq yaradıb. Dağın üzərindəki ayı şəkli isə şokoladın yaradıldığı şəhəri simvolizə edir.
1920-ci ildə Tobleronenin üzərindəki qartal şəkli Bern şəhərinin simvolu olan ayı ilə əvəz olunur. 1930-cu ildə ayı şəkli yenidən qartalla əvəz olunur, çünki həmin vaxt İsveçrədə məhsulların üzərində ölkənin simvollarının olmasına icazə verilmirdi.



Tarixi

    Hər şey  Theodorun atası Jean Toblerin 1868-ci ildə Bern şəhərində özünə qənnadı dükanı açması ilə başlıyır. Jean Tobler başqa istehsalçılardan aldığı məhsullarla şokolad istehsal edirdi.
Jean Tobler

1899-cu ildə oğlu Theodor ilə birlikdə şəxsi “Fabrique de Chocolat Berne, Tobler & Cie” adlı şokolad fabrikini açır, 1900-cü ildə isə şirkətin idarəsini Theodora verir.
Theodor Tobler 1908-ci ildə yaxın qohumu Emil Baumann ilə birlikdə Tobleroneni yaradır. 1909-cu ildə isə patentini alaraq istehaslına başlayır.


 1969-cu ildə ilk qara şokoladlı toblerone satışa çıxarılır.


1973-cü ildə ağ şokoladlı toblerone satışa çıxarılır.

2008-ci ildə şirkətin 100 illiyi qeyd olunur.
    Bu gün toblerone dünyanın 120-dən çox ölkəsində satılır. Firma hər zaman səviyyəsini qoruduğu kimi qiymətini də buna uyğun olaraq yüksək tutur. Ölçüsündən asılı olaraq qiyməti 150 dollara qədər dəyişir.



Reklam videosu: