Pages

9 Şubat 2015 Pazartesi

Dünyanın ən qəribə peşələri


    Hər bir insanın müxtəlif, özünəməxsus tələbatı və bacarıqları vardır. İnsan tələbatını ödəmək üçün bacarıqlarından istifadə edir. Əgər bacarmırsa, bunu başqa birisinə pul ödəyərək yerinə yetizdirir. Bu proses bacarıqların peşəyə çevrilməsinə səbəb olur. İnsanın istedadı və bacarığı nə qədər qeyri-adi olsursa, peşələr də bir o qədər qəribə olur.
    Dünyanın ən qəribə peşələri ilə tanış olun:

1. Etik Haker
    Hakerlər şirkətlərin təhlükəsizlik sistemlərinə daxil olub oradakı məlumatları əldə edən, texnologiyaların təhlükəsizliyinə maneə törədən, internet vasitəsiylə quldurluq edən şəxslərə deyilir. Həm haker olmaq, həm də düzgün bir işlə məşğul olmaq mümkündürmü?
     Etik haker adlandırılan şəxslər hakerlərin bacarıqlarına sahib olub, onların gördüyü işin əksini edən peşə sahibləridir, yəni onlar şirkətlər üçün çalışır. Onlar şirkətlərin kompüter sistemlərindəki çatışmazlıqları, zəif cəhətləri müəyyən edir və aradan qaldırırlar. Bu iş üçün illik qazancları təqribən 170.000 dollardır.



2. Prezidentin zəhər dequstatoru
    Qədim Misir və Romada bu işlə məşğul olan insanların olduğunu eşitmisiniz. Bəs bu peşənin hələ də mövcud olduğunu bilirdinizmi? Vladimir Putin bildirir ki, yeməklərinin dadına baxmaq üçün onunla birgə səyahət edən dequstatorları vardır. Putinin hər bir yeməyinin təhlükəsisliyi ixtisaslı mütəxəsislər tərəfindən yoxlanılır. Keçmiş ABŞ prezidenti Corc Buşun da yeməklərinin dadına baxan iki sabiq FBİ agenti vardır.


3. Peşəkar qolf topu dalğıcları
    Bu işlə məşğul olan insanlar qolf meydanı ətarfındakı göllərə düşən qolf toplarını çıxarır. Topun düşdüyü sular həddən artıq bulanıq, soyuq, qoxulu ola bilər, lakin bu çirkli işlə məşğul olan insanlar var. Qolf oyunçusu üçün pis bir gün iş üçün əla fürsətdir. Onlar həftədə 4 gün suya dalır və təqiribən gün ərzində 4000 qolf topu toplayırlar. Bu işlə il ərzində orta hesabla 100.000 dollar gəlir əldə edirlər.


4. Peşəkar pişik yaxalayan
    Siz pişikləri yaxalamanın rahat bir iş olduğunu düşünürsünüz? Bunu müxtəlif oyunlarla əyləncə halına gətirənlər olduğu kimi bu işdən pul qazananlar da var. Nyu-Yorkda yaşayan Jordana Serebrenikin pişikləri təhlükəsiz bir şəkildə tutmaq bacarığı vardır. İnsanlar evlərində görmək istəmədikləri pişikləri tutması üçün ona müraciət edirlər. Jordananın göstərdiyi bu xidmətin qarşılığı isə 80 dollardır.



5. Yatmaq sənəti

    İnsanın gün ərzində ən fəaliyyətsiz halı, heç şübhəsiz yuxudur. Bəs bu halda pul qazanmaq mümkündürmü? Dünyanın ən qəribə peşələrindən sayılan bu işi icra edən şəxslər yuxuyla bağlı araşdırmalara yardımçı olur. Onlar, xüsusiylə, yuxusuzluq ilə bağlı həkimlərin və elm adamlarının tədqiqatlarında  problemi anlamağa yataraq kömək edirlər.


1 yorum: