Pages

26 Şubat 2015 Perşembe

Dünyanın ən məşhur birjaçısı- Jordan Belfort


    Yəqin ki, hər biriniz məşhur Wolf of Wall Street (Wall Street Canavarı) filmini izləmiş və ya ən azından haqqında eşitmisiniz. Martin Scorsese tərəfindən çəkilən film dünyanın ən iddialı birjaçısı olan Jordan Belfordun həyatı və iş fəaliyyətindən bəhs edir. Baş rolda Leonardo DiCaprionun oynadığı 180 dəqiqəlik film ərzində Jordan haqqında tam təəssüratınızın yaranacağından əminəm.



    Yazıçı və motivasiya spikeri Jordan Belfort 1962-ci ildə ABŞ-da dünyaya gəlib. Yüksək inandırıcılıq qabiliyyəti sayəsində qısa zamanda varlanır. 90-cı illlərin əvvəllərində qurduğu 1000 nəfər işçi heyəti olan Stratton Oakmont adlı broker şirkəti ona milyonlar və dünya şöhrətini qazandırdı. Lakin Jordanın işləri qaydasında deyildi. O, fırıldaqçılıqda günahlandırıldı və 1998-ci ildə haqqında cinayət işi başladıldı. Sərmayəçilərin 200 milyon dollar pul itirməsinə səbəb olmuşdu. 22 ay həbs və 110.4 milyon dollar cərimə ilə cəzalandırıldı.
    Həbsdə olarkən hücrə yoldaşı Tommy Chang ilə tanış olur. Rejissorluq və yazıçılıq etmiş Chang onu həyatı haqqında yazmağa razı saldı. Jordan The Wolf of Wall Street(2007) Catching the Wolf of Wall Street(2009) adlı iki kitabın müəllifidir. Kitablarının satışından 1.7 milyon dollar gəlir əldə edib. Kitabları dünyanın 40 ölkəsində 18 dildə yayımlanıb. 2013-cü ildə kitabları əsasında eyni adlı film ekranlaşdırılıb.
                                                       
    Startton Oakmontda çalışarkən birinci həyat yoldaşı Denise Lombardodan ayrılır və Nadine Caridi(filmdə hər ikisinin adı dəyişdirilib) ilə evlənir. Bu evlikildən 2 uşaqları olur. 2005-ci ildə qadınlara olan bağlılığı və narkotik maddələrə aludə olması iddiası ilə Caridi Belforddan ayrılır.
   Jordan Belford hal-hazırda bir çox şirkətlərdə məsləhətçi kimi çalışır və eyni zamanda seminarlar təşkil edir. Bir seminarının qiyməti 30.000 dollardır. Borclarını hələ də tam olaraq ödəyə bilməyib.

21 Şubat 2015 Cumartesi

Təkar baxmaq istəyəcəyiniz kreativ reklamlar

    Reklamın nə olduğu haqqında yəqin ki, hər birinizin məlumatı var. Onun xidməti, məhsulu, biznesi tanıdan, insanlara müxtəlif kanallarla məlumat verən bir vasitə olduğunu da bilirsiniz. Gün ərzində internetdə, TV kanallarda, radioda, qəzet və jurnallarda onlarla reklama rast gəlirik.  Lakin reklam haqqında bilməmiz gərkən daha önəmli bilgilər var.
     İlk xoş təəssüratı yaradacaq ikinci bir şans heç zaman yoxdur. Uğurlu reklam o reklamlar hesab olunur ki, onlara ikinci dəfə də baxmaq istəyirsən. İlk baxışda diqqəti cəlb etməyən reklamlar uğursuz hesab olunur. Fəaliyyətə uyğun bir sloqan seçmək, yumor hissi, mesajın çatdırılma yolu, yadda qalacaq bir şəkil, lazımi informasiyaların daxil edilməsi uğurlu reklamın şərtlərindəndir. 
     

Wolf Hot Sauce- acı sous firmasıdır. 
Əl qurudan fen formasında bu mesaj daha aydın çatdırılır

Avstralita poçt xidmətinin reklam afişası
Sloqanı- Əgər həqiqətən də kiməsə toxunmaq istəyirsənsə, ona məktub göndər.


Mini Cooper avtomobil markasının reklamı
Avtomobilin kiçik ölçülü olması maraqlı bir yolla göstərilmişdir


Sehrli kub kimi də tanınan məşhur Kubik Rubik oyuncağının 25-ci il dönümünə həsr olunmuş afişa 

Snikers şokoladı 50% daha artıq

"National Geographic" jurnalının uşaqlar üçün olan nəşri



WMF bıçaqları 

Bergmann cənazə xidməti
Bir az daha yaxınlaşın 


    Effektiv reklam insanların sizin işlə və məhsulunuzla maraqlanmasına və onların sizə yönəlməsinə səbəb olacaq. Reklam məhsulla  və ya işinizlə bağlı olmalı, sıxıcı və ya təntənəli olammalı, insanları düşündürəcək və yaddaşda qalacaq şəkildə tərtib olunmalıdır. Təqdim etdiyimiz afişalarda olduğu kimi çatdırmaq istədyiniz mesaja yumor da qatmalısınız ki, insanların üzündə gülüş yarada bilsin.


    


9 Şubat 2015 Pazartesi

Dünyanın ən qəribə peşələri


    Hər bir insanın müxtəlif, özünəməxsus tələbatı və bacarıqları vardır. İnsan tələbatını ödəmək üçün bacarıqlarından istifadə edir. Əgər bacarmırsa, bunu başqa birisinə pul ödəyərək yerinə yetizdirir. Bu proses bacarıqların peşəyə çevrilməsinə səbəb olur. İnsanın istedadı və bacarığı nə qədər qeyri-adi olsursa, peşələr də bir o qədər qəribə olur.
    Dünyanın ən qəribə peşələri ilə tanış olun:

1. Etik Haker
    Hakerlər şirkətlərin təhlükəsizlik sistemlərinə daxil olub oradakı məlumatları əldə edən, texnologiyaların təhlükəsizliyinə maneə törədən, internet vasitəsiylə quldurluq edən şəxslərə deyilir. Həm haker olmaq, həm də düzgün bir işlə məşğul olmaq mümkündürmü?
     Etik haker adlandırılan şəxslər hakerlərin bacarıqlarına sahib olub, onların gördüyü işin əksini edən peşə sahibləridir, yəni onlar şirkətlər üçün çalışır. Onlar şirkətlərin kompüter sistemlərindəki çatışmazlıqları, zəif cəhətləri müəyyən edir və aradan qaldırırlar. Bu iş üçün illik qazancları təqribən 170.000 dollardır.



2. Prezidentin zəhər dequstatoru
    Qədim Misir və Romada bu işlə məşğul olan insanların olduğunu eşitmisiniz. Bəs bu peşənin hələ də mövcud olduğunu bilirdinizmi? Vladimir Putin bildirir ki, yeməklərinin dadına baxmaq üçün onunla birgə səyahət edən dequstatorları vardır. Putinin hər bir yeməyinin təhlükəsisliyi ixtisaslı mütəxəsislər tərəfindən yoxlanılır. Keçmiş ABŞ prezidenti Corc Buşun da yeməklərinin dadına baxan iki sabiq FBİ agenti vardır.


3. Peşəkar qolf topu dalğıcları
    Bu işlə məşğul olan insanlar qolf meydanı ətarfındakı göllərə düşən qolf toplarını çıxarır. Topun düşdüyü sular həddən artıq bulanıq, soyuq, qoxulu ola bilər, lakin bu çirkli işlə məşğul olan insanlar var. Qolf oyunçusu üçün pis bir gün iş üçün əla fürsətdir. Onlar həftədə 4 gün suya dalır və təqiribən gün ərzində 4000 qolf topu toplayırlar. Bu işlə il ərzində orta hesabla 100.000 dollar gəlir əldə edirlər.


4. Peşəkar pişik yaxalayan
    Siz pişikləri yaxalamanın rahat bir iş olduğunu düşünürsünüz? Bunu müxtəlif oyunlarla əyləncə halına gətirənlər olduğu kimi bu işdən pul qazananlar da var. Nyu-Yorkda yaşayan Jordana Serebrenikin pişikləri təhlükəsiz bir şəkildə tutmaq bacarığı vardır. İnsanlar evlərində görmək istəmədikləri pişikləri tutması üçün ona müraciət edirlər. Jordananın göstərdiyi bu xidmətin qarşılığı isə 80 dollardır.



5. Yatmaq sənəti

    İnsanın gün ərzində ən fəaliyyətsiz halı, heç şübhəsiz yuxudur. Bəs bu halda pul qazanmaq mümkündürmü? Dünyanın ən qəribə peşələrindən sayılan bu işi icra edən şəxslər yuxuyla bağlı araşdırmalara yardımçı olur. Onlar, xüsusiylə, yuxusuzluq ilə bağlı həkimlərin və elm adamlarının tədqiqatlarında  problemi anlamağa yataraq kömək edirlər.


4 Şubat 2015 Çarşamba

Sadə, qəribə və uğurlu ideyalar(2)

    Nə istədiyini və necə əldə edəcəyini bilən insanlar mümkünsüz deyəcəyimiz ideyaları reallaşdırır. Bəlkə siz də indi oxuyacaqlarınızı nə vaxtsa düşünmüş və “mümkün deyil” deyib üzərindən keçmisiniz. Sadə olduğu qədər gəlirli olan bu ideyalarla tanış olarkən təəccüblənməmək mümkün deyil.

    1. I Do Now I Don't

     Hər gün minlərlə gənc ailə həyatı qurmaq üçün nişanlanır. Təəssüf ki, bəziləri evlənmədən ayrılır. Bu zaman aldıqları zinət əşyalarını geri qaytarmağa və satmağa çalışırlar, lakin bazarda təklif olunan qiymətlər qaneedici olmur.

     I Do Now I Don't” 1978-ci ildə Joshua Opperman və bacısı Mara tərəfindən bu problemi həll etmək üçün yaradılıb. İlk əvvəl yalnız nişan üzüklərinin satışı ilə məşğul olan bu veb saytı indi digər zinət əşyalarının da satışını həyata keçirir. I Do Now I Don't” işlənmiş zinət əşyalarına bazarda təklif edilən qiymətdən daha çox pul ödəyir. Şirkət əşyaları aldıqdan sonra təmizləyir, ucuz və keyfiyyətli məhsul almaq istəyən müştərilərinə satır. Hər il 4.2 milyard dollar dəyərində 1.7 milyon zinət əşyaları satış üçün təklif olunur.

Veb saytı: www.idonowidont.com

 


2. Design a Tea

    “Design a Tea” öz zövqlərinə uyğun çay qarışığı hazırlamaq istəyənlər üçün mükəmməl fürsətdir. Şirkət müştərilərinə öz çaylarını hazırlamaq üçün 40-dan yuxarı çay ləzzətini təqdim edir. Bu ideya sayəsində 10.000-dən yuxarı fərqli və bənzərsiz çay ləzzəti yaradılmışdır.

    Veb saytı: www.designatea.com

 


3. Thankster

    Təşəkkür etmənin müxtəlif formaları vardır. Lakin əlimizdə hər hansı bir vasitə olmadan bunu etmək bir az çətindir. “Thankster” vasitəsiylə siz istədiyiniz yazı tipini seçə və təşəkkür kartınızı hazırlaya bilərsiniz. Bu gün bir çox şirkətlər öz müştərilərinə və ortaqlarına təşəkkür etmək üçün bu yoldan istifadə edir. Hazırladığınız kartı məktubla istədiyiniz ünvana göndərə bilərsiniz.

Veb saytı: www.thankster.com

 


   

 

 

 

 

 

 

 





1 Şubat 2015 Pazar

Çəkdiyiniz şəkillərdən pul qazanmaq istəyirsinizmi?


     Sualın cavabı əminliklə deyə bilərəm ki, “bəli”dir, çünki şəkil çəkmək artıq hər kəsin bacardığı və əksər insanların gündəlik etdiyi sadə bir işdir. Əgər şəkil çəkmək kimi bir marağınızdan pul qazanmaq istəyirsinizsə, axtardığınızı tapmısınız.
   2014-cü il yanvar ayında  Karl Tomas tərəfindən yaradılan “miPic”  sizlərə qaleriyanızda olan potensial satış imkanına malik şəkillərinizdən pul qazanmağa imkan verir. Bu platforma vasitəsiylə şəkilləri Twitter, Instagram, Facebook kimi sosial şəbəkələrə yükləyərək qazanc əldə edirsiniz. Əldə etdiyiniz vəsait “miPic” hesabınızda toplanır. Pulunuzu PayPal hesabınıza da köçürə bilərsiniz. Qazancınız satılacaq şəklin ölçüsündən asılı olaraq 2-7 avro arasında dəyişir. Başlamaq üçün proqramı telefonunuza yükləyin və şəkillərinizi göndərin. Satış üçün şəkillərin kəmiyyəti deyil, keyfiyyəti önəmlidir.


    Yeni yarandığı zaman “miPic” istifadəçiləri özünə cəlb etmək, tanınmaq və Avropanın ən böyük mobil şəkil paylayıcısı olmaq üçün geniş marketinq kompaniyasına başlamışdı. Hal-hazırda onun platforması dünyanın 120-dən artıq ölkəsində istifadə olunur və 93 ölkədə proqramı(app) yüklənmişdir.


    “miPic” bildirir ki, ötən il mobil cihazlar vasitəsiylə 800 milyard, gün ərzində “İnstagram” vasitəsiylə isə 60 milyon şəkil paylaşılıb. Sizin çəkdiyiniz şəkillər müxtəlif formalarda(akril pəncərə, başmaq, telefon örtüyü, çərçivə və.s) və ölçülərdə çap olunaraq satılır. Pul qazanmaq üçün olduqca etibarlı mənbədir.
Veb saytı: www.mipic.co